https://sputnik.az/20230227/ki-yuzden-cox-alkaqollu-ickinin-saxtalasdirildigi-askarlanib-452174785.html
İki yüzdən çox alkaqollu içkinin saxtalaşdırıldığı aşkarlanıb
İki yüzdən çox alkaqollu içkinin saxtalaşdırıldığı aşkarlanıb
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T15:19+0400
2023-02-27T15:19+0400
2023-02-27T15:19+0400
spirtli içkilər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42193/50/421935002_0:0:3131:1762_1920x0_80_0_0_9471646b8de49b35cf9ad07959e0ad7f.jpg
BAKI, 27 fevral — Sputnik. 2022-ci ildə həyata keçirilən nəzərət tədbirləri zamanı bəzi müəssisələrdə saxtalaşdırılan müxtəlif növ alkoqollu içkilər aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. AQTA-dan verilən məlumatda bildirilib ki, ümumilikdə ötən il ərzində respublikanın müxtəlif rayonlarında 225 saxtalaşadırılmış alkaqollu içkinin satışının qarşısı alınıb. Saxtalaşdırılmış alkaqollu içkilərin aşkarlandığı kafe-restoran və marketlərin adını açıqlayırıq: Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Qızıl Tac" şadlıq evi Bakı şəhəri, Səbail rayonunda yerləşən "Starmart" ticarət obyekti, "Sahil" və "Bax Belə" market Goranboy rayonunda yerləşən "Şahin" kafesi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Topdan" və "M" market Bakı şəhəri, Xətai rayonunda yerləşən "Wine House" şərab evi və "Elyar" market Saxtalaşdırılan içkilərin adlarını açıqlayırıq: "Organic Line", "Mынсkъ", "Banketnaya Yubiley 10", "Xortiçya", "Olmeca Gold", "Absolut", "Jameson", "Jack Daniels", "Chivas Regal", "Fortuna", "Monkey Shoulder" "Sierra", "Blue Label", "Jack Daniels Honey", "Olmeca Blanco", "Royal Salute 21", "Black Label", "Nemiroff Vodka Original", "Lauren"s Blended Scotch Whisky","Jack Daniel"s Tennessee Whisky 1981 Gold Medal", "Royal Salute Blended Scotch Whisky 38 il", "Fortuna Organic","Fortuna Premium", "Nemiroff", "Olmeca", "Ballantines" "Fortuna Premium", "Цистая Атмосфера Родниковая", "Цистая Атмосфера пшеничная", "Reyka", "Царсkая", "Нефт", "Nemiroff Delikat", "Nemiroff Original", "Nemiroff Wheat", "Organic Line" əmtəə nişanlı saxtalaşdırılmış müxtəlif növ alkoqollu içkilər aşkar edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan bütün qida məhsulları kimi spirtli içkilər üzərində də Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar olunan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42193/50/421935002_40:0:2771:2048_1920x0_80_0_0_e19b633657ee3f67a94a819bbb7f1b59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
spirtli içkilər
İki yüzdən çox alkaqollu içkinin saxtalaşdırıldığı aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.
BAKI, 27 fevral — Sputnik. 2022-ci ildə həyata keçirilən nəzərət tədbirləri zamanı bəzi müəssisələrdə saxtalaşdırılan müxtəlif növ alkoqollu içkilər aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
AQTA-dan verilən məlumatda bildirilib ki, ümumilikdə ötən il ərzində respublikanın müxtəlif rayonlarında 225 saxtalaşadırılmış alkaqollu içkinin satışının qarşısı alınıb.
Saxtalaşdırılmış alkaqollu içkilərin aşkarlandığı kafe-restoran və marketlərin adını açıqlayırıq:
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Qızıl Tac" şadlıq evi
Bakı şəhəri, Səbail rayonunda yerləşən "Starmart" ticarət obyekti, "Sahil" və "Bax Belə" market
Goranboy rayonunda yerləşən "Şahin" kafesi
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Topdan" və "M" market
Bakı şəhəri, Xətai rayonunda yerləşən "Wine House" şərab evi və "Elyar" market
Saxtalaşdırılan içkilərin adlarını açıqlayırıq:
"Organic Line", "Mынсkъ", "Banketnaya Yubiley 10", "Xortiçya", "Olmeca Gold", "Absolut", "Jameson", "Jack Daniels", "Chivas Regal", "Fortuna", "Monkey Shoulder" "Sierra", "Blue Label", "Jack Daniels Honey", "Olmeca Blanco", "Royal Salute 21", "Black Label", "Nemiroff Vodka Original", "Lauren"s Blended Scotch Whisky","Jack Daniel"s Tennessee Whisky 1981 Gold Medal", "Royal Salute Blended Scotch Whisky 38 il", "Fortuna Organic","Fortuna Premium", "Nemiroff", "Olmeca", "Ballantines" "Fortuna Premium", "Цистая Атмосфера Родниковая", "Цистая Атмосфера пшеничная", "Reyka", "Царсkая", "Нефт", "Nemiroff Delikat", "Nemiroff Original", "Nemiroff Wheat", "Organic Line" əmtəə nişanlı saxtalaşdırılmış müxtəlif növ alkoqollu içkilər aşkar edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan bütün qida məhsulları kimi spirtli içkilər üzərində də Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar olunan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.