https://sputnik.az/20230227/gelen-aydan-turkiyenin-zelzele-bolgesinde-menzillerin-insasi-planlasdirilir-452201182.html
Gələn aydan Türkiyənin zəlzələ bölgəsində mənzillərin inşası planlaşdırılır
Gələn aydan Türkiyənin zəlzələ bölgəsində mənzillərin inşası planlaşdırılır
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, zəlzələ bölgəsində 309 min mənzilin inşası planlaşdırılır. Mənzillərin tikilişinə mart ayında... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T21:40+0400
2023-02-27T21:40+0400
2023-02-27T22:08+0400
zəlzələ
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452189100_0:160:3072:1888_1920x0_80_0_0_8eb3e28fda740853acb8d02ee9872a53.jpg
BAKI, 27 fevral — Sputnik. Zəlzələ bölgəsində tikinti prosesi zamanı hündürmərtəbəli binaların inşasına və sıxlığa yol verilməyəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı brifinqi zamanı deyib. Türkiyə Prezidenti qeyd edib ki, zəlzələ bölgəsində 309 min mənzilin inşası planlaşdırılır: Mart və aprel aylarında söz verdiyimiz mənzillərdən 234 mininin tikintisinə başlanılacaq. Mart ayında Adıyamanda tikintisinə başlanılan mənzil sayı 30 min olaraq nəzərdə tutulub. Artıq inşasına başlanılan mənzil sayı isə 14500-ə çatıb". Türkiyə dövlət başçısı zəlzələ bölgəsində 185345 binanın ya tamamilə uçduğunu, ya da ciddi zərər gördüyünü qeyd edib. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44218 nəfər ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452189100_171:0:2902:2048_1920x0_80_0_0_14e6f0f587646f3351683a7e835a33cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
zəlzələ, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Gələn aydan Türkiyənin zəlzələ bölgəsində mənzillərin inşası planlaşdırılır
21:40 27.02.2023 (Yenilənib: 22:08 27.02.2023) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, zəlzələ bölgəsində 309 min mənzilin inşası planlaşdırılır. Mənzillərin tikilişinə mart ayında başlanılacaq.
BAKI, 27 fevral — Sputnik. Zəlzələ bölgəsində tikinti prosesi zamanı hündürmərtəbəli binaların inşasına və sıxlığa yol verilməyəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı brifinqi zamanı deyib. Türkiyə Prezidenti qeyd edib ki, zəlzələ bölgəsində 309 min mənzilin inşası planlaşdırılır: Mart və aprel aylarında söz verdiyimiz mənzillərdən 234 mininin tikintisinə başlanılacaq. Mart ayında Adıyamanda tikintisinə başlanılan mənzil sayı 30 min olaraq nəzərdə tutulub. Artıq inşasına başlanılan mənzil sayı isə 14500-ə çatıb".
Türkiyə dövlət başçısı zəlzələ bölgəsində 185345 binanın ya tamamilə uçduğunu, ya da ciddi zərər gördüyünü qeyd edib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44218 nəfər ölüb.