https://sputnik.az/20230227/ermenilerin-eldar-mansurovun-eserlerini-ogurlamasi-senedlerle-subuta-yetirilecek--452193065.html
Ermənilərin Eldar Mansurovun əsərlərini oğurlaması sənədlərlə sübuta yetiriləcək
Ermənilərin Eldar Mansurovun əsərlərini oğurlaması sənədlərlə sübuta yetiriləcək
Sputnik Azərbaycan
Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarları Cahangir Cahangirov və Eldar Mansurovun əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T23:59+0400
2023-02-27T23:59+0400
2023-02-27T23:59+0400
mədəniyyət
cahangir cahangirov
bəstəkar
əqli mülkiyyət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426717674_0:160:3073:1888_1920x0_80_0_0_91d6d2d18126890d81cc4eb5f9b5173e.jpg
BAKI, 27 fevral - Sputnik. Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar Agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında Arayış hazırlanıb və yayılıb.Bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.Bununla yanaşı, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi Youtube kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və Youtube kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı Agentlik tərəfindən Arayışlar hazırlanıb.Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426717674_170:0:2901:2048_1920x0_80_0_0_3846be91c0d22bbec845cd2a00fa9586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cahangir cahangirov, bəstəkar, əqli mülkiyyət agentliyi
cahangir cahangirov, bəstəkar, əqli mülkiyyət agentliyi
Ermənilərin Eldar Mansurovun əsərlərini oğurlaması sənədlərlə sübuta yetiriləcək
Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarları Cahangir Cahangirov və Eldar Mansurovun əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi, Youtube və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı arayışlar hazırlayıb.
BAKI, 27 fevral - Sputnik. Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar Agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında Arayış hazırlanıb və yayılıb.
Bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.
Bununla yanaşı, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi Youtube kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və Youtube kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı Agentlik tərəfindən Arayışlar hazırlanıb.
Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.