https://sputnik.az/20230227/cavusoglu-zelzeleni-esrin-felaketi-adlandirdi-452162587.html
Çavuşoğlu zəlzələni əsrin fəlakəti adlandırdı
Çavuşoğlu zəlzələni əsrin fəlakəti adlandırdı
Sputnik Azərbaycan
Türkiyə xarici işlər naziri bildirib ki, hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T11:08+0400
2023-02-27T11:08+0400
2023-02-27T11:08+0400
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42306/77/423067732_0:0:3065:1725_1920x0_80_0_0_251d5f06adaf524cb4b7ad705a15f8f6.jpg
BAKI, 27 fevral - Sputnik. "Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, zəlzələnin təsirlərinin aradan qalxması üçün hər kəs səfərbər olub: "Könüllülərimiz də çalışırlar. Dünyanın 102 ölkəsi axtarış-xilasetmə komandalarını göndərməyi təklif etdi. Onlardan 90-ı ölkəmizə komanda göndərdi. Hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə yerlərnidə çalışırlar. Çünki işlər hələ bitməyib". Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42306/77/423067732_336:0:3065:2047_1920x0_80_0_0_2eef6852af589f6806e4f5a4ec27cea9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Çavuşoğlu zəlzələni əsrin fəlakəti adlandırdı
Türkiyə xarici işlər naziri bildirib ki, hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə yerlərnidə çalışırlar.
BAKI, 27 fevral - Sputnik. "Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zəlzələnin təsirlərinin aradan qalxması üçün hər kəs səfərbər olub: "Könüllülərimiz də çalışırlar. Dünyanın 102 ölkəsi axtarış-xilasetmə komandalarını göndərməyi təklif etdi. Onlardan 90-ı ölkəmizə komanda göndərdi. Hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə yerlərnidə çalışırlar. Çünki işlər hələ bitməyib".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.