https://sputnik.az/20230227/biz-dusmencilik-sehifesini-tezlikle-cevirmek-ezmindeyik---lham-eliyev-452207796.html
"Biz düşmənçilik səhifəsini tezliklə çevirmək əzmindəyik" - İlham Əliyev
"Biz düşmənçilik səhifəsini tezliklə çevirmək əzmindəyik" - İlham Əliyev
Sputnik Azərbaycan
Prezident Sergey Lavrovla görüşdə deyib ki, Azərbaycan Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan və Rusiya tərəfi ilə müsbət, konstruktiv iş aparmaq... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T22:06+0400
2023-02-27T22:06+0400
2023-02-27T22:06+0400
siyasət
prezident ilham əliyev
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0a/450504955_0:0:1920:1080_1920x0_80_0_0_05c776b589f92e53ff2282aa03b873fc.jpg
BAKI, 27 fevral - Sputnik. 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib. Əliyev bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən Lavrova təşəkkürünü bildirib. "Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik", - deyə Prezident bildirib.
https://sputnik.az/20230227/rusiya-xn-bascisinin-azerbaycana-sefer-proqrami-aciqlandi-452203912.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0a/450504955_240:0:1680:1080_1920x0_80_0_0_7ee7b0217383ffd7cc4c6954907055e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
prezident ilham əliyev, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
"Biz düşmənçilik səhifəsini tezliklə çevirmək əzmindəyik" - İlham Əliyev
Prezident Sergey Lavrovla görüşdə deyib ki, Azərbaycan Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan və Rusiya tərəfi ilə müsbət, konstruktiv iş aparmaq niyyətindədir.
BAKI, 27 fevral - Sputnik. 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.
Əliyev bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən Lavrova təşəkkürünü bildirib.
"Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik", - deyə Prezident bildirib.