https://sputnik.az/20230227/azergold-ozbekistanda-qizil-yataqlarinin-islenilmesinde-istirak-edecek-452180281.html
"AzerGold" Özbəkistanda qızıl yataqlarının işlənilməsində iştirak edəcək
"AzerGold" Özbəkistanda qızıl yataqlarının işlənilməsində iştirak edəcək
Sputnik Azərbaycan
İki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T23:40+0400
2023-02-27T23:40+0400
2023-02-27T23:40+0400
azergold
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447276088_0:52:1000:615_1920x0_80_0_0_e83f52c79d3ae5829e23515771af5b09.jpg
BAKI, 27 fevral — Sputnik. "AzerGold" QSC Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərini cəlb edəcək. QSC-dən verilən xəbərə görə, bu "AzerGold" QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan memorandumda əksini tapıb. Memoranduma əsasən, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub. Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ-mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar. Qeyd edək ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Belə ki, "AzerGold"un nümayəndə heyətinin 20-22 iyun 2022-ci il tarixlərində Özbəkistan-Azərbaycan Biznes Forumu, 2-4 noyabrda 16-cı Beynəlxalq Mədən, Metallurgiya və Metal Emalı üzrə Sərgi, 13-14 dekabrda "Özbəkistanın və Mərkəzi Asiyanın dağ-mədən sənayesi" adlı beynəlxalq konqres çərçivəsində Daşkənd şəhərinə səfərləri, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyətinin 23-24 dekabrda Bakıya səfəri çərçivəsində tərəflərin müvafiq sahələri təmsil edən qurumları arasında səmərəli görüşlər keçirilib. Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirilib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən "AzerGold" arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447276088_55:0:945:667_1920x0_80_0_0_3a1b650cba995c526eca4e6b85d60093.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azergold
"AzerGold" Özbəkistanda qızıl yataqlarının işlənilməsində iştirak edəcək
İki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb.
BAKI, 27 fevral — Sputnik. "AzerGold" QSC Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərini cəlb edəcək.
QSC-dən verilən xəbərə görə, bu "AzerGold" QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan memorandumda əksini tapıb.
Memoranduma əsasən, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.
Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ-mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar.
Qeyd edək ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Belə ki, "AzerGold"un nümayəndə heyətinin 20-22 iyun 2022-ci il tarixlərində Özbəkistan-Azərbaycan Biznes Forumu, 2-4 noyabrda 16-cı Beynəlxalq Mədən, Metallurgiya və Metal Emalı üzrə Sərgi, 13-14 dekabrda "Özbəkistanın və Mərkəzi Asiyanın dağ-mədən sənayesi" adlı beynəlxalq konqres çərçivəsində Daşkənd şəhərinə səfərləri, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyətinin 23-24 dekabrda Bakıya səfəri çərçivəsində tərəflərin müvafiq sahələri təmsil edən qurumları arasında səmərəli görüşlər keçirilib.
Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirilib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib.
Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən "AzerGold" arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər.
Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.