Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda "trend"də olan mahnı və filmlər hansılardır - bayağı olanlar? VİDEO

© AFP 2023 / JOSE CENDONFilm çəkilişi
Film çəkilişi - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, sosial şəbəkələrə ödəniş olunanda həmin paylaşım digər insanın qarşına çıxır, onlar da həmin postu klikləyəndə onlara baxış sayı hesablanır
BAKI, 27 fevral — Sputnik. Bu gün Azərbaycanda "Youtube" platformasında "trend"də olan mahnıları və filmləri təqdim edirik. Xeyli vaxtdır ki, aktyor, rejissor, videobloqer Əlixan Rəcəbov "Viktoriya" qısametrajlı filmi ilə gündəmi ələ alıb. İzləyicilər tərəfindən bəyənilən film bir neçə saata 310 mindən çox baxış toplayaraq "trend"ə düşüb. Filmdə hadisələr qumar masası arxasında baş verir. Əsas rolları Əlixan Rəcəbov və Azər Aydəmir ifa edir.
"Trend"də Taleh Yüzbəyovun rejissoru olduğu "Birinci dərəcəli dost" da yer alıb. Uzun müddət idi ki, reklam çəkilişlərinə fasilə verən Yüzbəyov "Birinci dərəcəli dost" adlı reklam çarxını sevənlərinə təqdim edib. Taleh digər filmlərində olduğu kimi bunda da baş rolun ifaçısıdır.
Mahnılara gəldikdə isə Baləlinin "İnanma", Vəfa Şərifovanın "Daha nə gözləyəsən", Fərdi Həsənovun "Nəfəsim daralır", Nəfəsin "Zamanla" mahnıları yer alıb.
Seriallara gəlincə, Azərbaycanda "trend"də olanlar əsasən Türkiyə seriallarıdır. "Tacsız şahzadə", "Bir kiçik gün", "Sevgisizlər" serialları bu gün ən çox izlənilənlər sırasındadır.
Necə olur ki, insanlar tərəfindən bayağı hesab olunan mahnılar trendə düşür?
Son illər klassik musiqilərimizlə dünya musiqilərini sintez edən "Maho" ləqəbli "Məhəmməd Mirzəzadə bildirir ki, ölkənin intellektual səviyyəsini onun "trend"inə baxmaqla bilmək olar:
"Təəssüf ki, bu gün "trend"də olanlar bayağı mahnılardır. Nə sözləri, nə də musiqisi var. Onların mahnıları da günlükdür. Bir müddətdən sonra unudulacaq. Bizim xalqımızın bugünki vəziyyətini görmək istəyirsizsə, girin "trend"ə baxın. Görün vəziyyət necə acınacaqlıdır. Vaqif Mustafazadənin, Vaqif Gərayzadənin, Aygün Səmədzadənin mahnılarını dinləyən xaricilər heyrətə gəlirlər. Amma bizdə baxış olduqca aşağıdır. Təəssüf ki, xaricilər portala baxanda elə düşünürlər ki, "trend"də olan musiqilər Azərbaycan musiqiləridir. Amma Azərbaycan musiqisi bu deyil. "Trend"də olan musiqilərin Azərbaycan musiqisə heç bir aidiyyatı yoxdur".
Tanınmış müğənni Dilarə Kazımova isə bildirir ki, seçimi insanlara vermək lazımdır. Onları seçimlərinə görə mühakimə və ya tənqid etmək olmaz: "Hərənin öz zövqü var. Mənim mahnılarım "trend"ə düşmür. Çünki, mən buna cəhd etmirəm. Əsas hədəfim odur ki, mahnı, klip keyfiyyətli olsun. "Trend"də düşmək istəsəm, mən də ona uyğun, kütlənin nəbzinə uyğun mahnılar oxuyaram. Şəbnəm Tovuzulunu, Nəfəsi, Vəfa Şərifovanı dinləmək istəyənlər getsilər dinləsinlər. Buna görə onları qınaq atəşinə tutmaq olmaz".
Bəs görəsən, Youtube-da liderliyi qoruyub saxlamaq üçün hansı addımlar atılır? Mahnının və ya filmin "trend"ə düşməsi hansı hallarda baş verir?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Nəriman Zeynalın sözlərinə görə, təkcə Azərbaycanda yox, bütün dünyada bayağı musiqilər "trend" olur: "Bu gün xarici ölkələrdə məşhur olan mahnıları bəh-bəhlə qarşılasaq da, onların sözlərinə diqqət etsək, görərik ki, mahnılar çox bəsitdir. Heç vaxt ciddi musiqi, sənədli filmlər "trend" olmayacaq. Çünki, ciddi əsərlərə çox az insan baxır. Şopenə hər kəs qulaq asmır, amma Üzeyir Mehdizadəyə əksəriyyət qulaq asır".
Mütəxəssis bildirir ki, sosial şəbəkələrə ödəniş olunanda həmin paylaşım digər insanın qarşısına çıxır, onlar da həmin paylaşımı klikləyəndə onlara baxış sayı hesablanır: "Siz baxsanız da, baxmasanız da, sayı artır. Kütlə ən çox nəyi izləyirsə, həmin video başqasıının da qarşısına çıxacaq".
Xəbər lenti
0