https://sputnik.az/20230227/azerbaycanda-qezali-mekteblerin-sayi-aciqlandi-452197206.html
Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı
Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T17:38+0400
2023-02-27T17:38+0400
2023-02-27T18:21+0400
məktəb
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438153744_0:1:1000:564_1920x0_80_0_0_da548968f167b44c9ea67caa92a4c209.jpg
BAKI, 27 fevral — Sputnik. Azərbaycanda 800-dən çox məktəb qəzalıdır. Sputik Azərbaycan-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu qədər məktəbi eyni vaxtda təmir etmək mümkün deyil. Onun sözlərinə görə, bu iş mərhələli şəkildə aparılır:"Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır". Nazir əlavə edib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır. "Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər təmir edilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir", - deyə Emin Əmrullayev bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438153744_124:0:876:564_1920x0_80_0_0_7f141853ce02baebfa4b7154602651e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, emin əmrullayev, elm və təhsil nazirliyi
məktəb, emin əmrullayev, elm və təhsil nazirliyi
Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı
17:38 27.02.2023 (Yenilənib: 18:21 27.02.2023) Emin Əmrullayev bildirib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır.
BAKI, 27 fevral — Sputnik. Azərbaycanda 800-dən çox məktəb qəzalıdır. Sputik Azərbaycan-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu qədər məktəbi eyni vaxtda təmir etmək mümkün deyil. Onun sözlərinə görə, bu iş mərhələli şəkildə aparılır:"Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır".
Nazir əlavə edib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır.
"Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər təmir edilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir", - deyə Emin Əmrullayev bildirib.