DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın Kiyevə tanklar verməsi eskalasiyanın yeni mərhələsinə səbəb olacaq

© AP Photo / Michael SohnТанки Leopard
Танки Leopard - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Berlinin Kiyevə tank tədarük etmək qərarı alman siyasətçilərinin Almaniyanın münaqişə tərəfi olmaq istəməməsi ilə bağlı əvvəlki bəyanatlarına birbaşa ziddir.
BAKI, 27 fevral — Sputnik. Almaniyanın Ukrayna tərəfinə "Leopard" döyüş maşınları tədarük etmək qərarı münaqişənin yeni eskalasiya mərhələsinə keçməsinə səbəb olacaq.
Bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib.
O, "RT DE"yə müsahibəsində deyib: "Bu, mütləq münaqişənin yeni eskalasiya səviyyəsinə keçməsinə səbəb olacaq".
Diplomat qeyd edib ki, Berlinin Kiyevə tank tədarük etmək qərarı son dərəcə təhlükəlidir. Bu, həmçinin, alman siyasətçilərinin Almaniyanın münaqişə tərəfi olmaq istəməməsi ilə bağlı əvvəlki bəyanatlarına birbaşa ziddir.
Neçaev xatırladıb ki, Berlin nəinki "Leopard"ın tədarükünü təsdiqləyib, həm də digər dövlətlərlə bu avadanlığın təkrar ixracına razılaşıb.
Bundan əlavə, o, ölkənin hazırkı hakimiyyətinin münaqişə zonalarına alman silahlarının tədarükünə qadağa qoyulmasını nəzərdə tutan "dəyişməz əmri" pozduğunu bildirib.
Neçayevin sözlərinə görə, Almaniyanın hərəkətləri AFR-in İkinci Dünya Müharibəsi zamanı nasizm cinayətlərinə görə rus xalqı qarşısında tarixi məsuliyyətini tanımaqdan imtina etməsi deməkdir.
Xatırladaq ki, Rusiya hakimiyyəti dəfələrlə Kiyevə verilən silahların Rusiya Federasiyasının qanuni hədəfi olduğunu bəyan edib. Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya tədarük edilən bütün silah və texnikanı darmadağın edir.
Bundan əvvəl mütəxəssislər Amerikanın "M1 Abrams" tanklarının və Alman "Leopard" döyüş maşınlarının necə məhv edilməsini izah ediblər.
Xəbər lenti
0