https://sputnik.az/20230226/turkiyede-zelzelede-neticesinde-dagilan-binalara-gore-188-nefer-hebs-olunub-452155805.html
Türkiyədə zəlzələdə nəticəsində dağılan binalara görə 188 nəfər həbs olunub
Türkiyədə zəlzələdə nəticəsində dağılan binalara görə 188 nəfər həbs olunub
Sputnik Azərbaycan
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 min 374-ə çatıb. 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T20:25+0400
2023-02-26T20:25+0400
2023-02-26T20:25+0400
dünya xəbərləri
türkiyə
zəlzələ
həlak
həbs
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697830_0:160:3072:1888_1920x0_80_0_0_680c2830ba1a6ae5be71378ec3733d3f.jpg
BAKI, 26 fevral - Sputnik. Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılan binalarla əlaqədar aparılan istintaq tədbirləri çərçivəsində 188 nəfər həbs olunub. Bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb.Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697830_171:0:2902:2048_1920x0_80_0_0_387b3c0aa9f456f0d647cae8b66b4786.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ, həlak, həbs
türkiyə, zəlzələ, həlak, həbs
Türkiyədə zəlzələdə nəticəsində dağılan binalara görə 188 nəfər həbs olunub
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 min 374-ə çatıb.
BAKI, 26 fevral - Sputnik. Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılan binalarla əlaqədar aparılan istintaq tədbirləri çərçivəsində 188 nəfər həbs olunub. Bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.