DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransadakı çimərliklərdən birində 1 ton kokain tapılıb

© AFP 2024 / LUIS ACOSTAKokain, arxiv şəkli
Kokain, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Tapılmış yükün Manş departamentinin jandarmeriyası tərəfindən indiyə qədər tutulan ən böyük narkotik partiyalarından biri olduğu bildirilir.
BAKI, 26 fevral - Sputnik. Fransız jandarmları Normandiyadakı çimərlikdə təxminən 60 milyon avro dəyərində olan bir ton kokain tapıblar. Bu barədə yerli Ouest-France qəzeti məlumat yayıb.
Qeyd olunur ki, yerli sakin sahilə atılan onlarla kisə ağ toz barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Araşdırma nəticəsində bunun kokain olduğu üzə çıxıb.
Yerli media yazır ki, bu, Manş departamentinin jandarmeriyası tərəfindən indiyə qədər tutulan ən böyük narkotik partiyalarından biridir.
Fransız polis məmurları narkotiki yükləmək, çəkmək, təhlil etmək məqsədilə ixtisaslaşmış mərkəzə çatdırmaq üçün əlavə qüvvələr, bir neçə avtomobil və müşayiətçi çağırmağa məcbur olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0