https://sputnik.az/20230226/ceyhun-bayramov-xankendi-lacin-yolundaki-etiraz-aksiyasindan-danisdi-452138951.html
Azərbaycan BQXK-nın fəaliyyətinə hər cür dəstək göstərir - Ceyhun Bayramov
Azərbaycan BQXK-nın fəaliyyətinə hər cür dəstək göstərir - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiyaların səbəbləri var. 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T12:32+0400
2023-02-26T12:32+0400
2023-02-26T12:34+0400
siyasət
ceyhun bayramov
laçın
xankəndi
bqxk
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_0:160:3072:1888_1920x0_80_0_0_cbe756a7d4747561b44ac43f47aa789b.jpg
BAKI, 26 fevral — Sputnik. “Azərbaycan tərəfinin legitim tələblərinin cavablanıdırlmaması Xankəndi-Laçın yolundakı etiraza səbəb olub”. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiyaların səbəbləri var: Bayramov aksiyanın öz axarı ilə davam etdiyini qeyd edib.Nazir həmçinin Azərbaycan dövlətinin BQXK-nın Laçın-Xankəndi yolunda fəaliyyəti üçün hər cür dəstək göstərdiyini və qurumla gündəlik ünsiyyət aparıldığını dilə gətirib:Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_171:0:2902:2048_1920x0_80_0_0_bb6f8484d56ffb50e9b833dd5a070103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, laçın, xankəndi, bqxk
ceyhun bayramov, laçın, xankəndi, bqxk
Azərbaycan BQXK-nın fəaliyyətinə hər cür dəstək göstərir - Ceyhun Bayramov
12:32 26.02.2023 (Yenilənib: 12:34 26.02.2023) Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiyaların səbəbləri var.
BAKI, 26 fevral — Sputnik. “Azərbaycan tərəfinin legitim tələblərinin cavablanıdırlmaması Xankəndi-Laçın yolundakı etiraza səbəb olub”. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiyaların səbəbləri var:
“Təəssüf ki, hələ də tələblərin bir hissəsi açıqdır”.
Bayramov aksiyanın öz axarı ilə davam etdiyini qeyd edib.
Nazir həmçinin Azərbaycan dövlətinin BQXK-nın Laçın-Xankəndi yolunda fəaliyyəti üçün hər cür dəstək göstərdiyini və qurumla gündəlik ünsiyyət aparıldığını dilə gətirib:
“O cümlədən mən dünən də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşdüm. Dünən bu barədə məlumat oldu. Amma istəyirəm Azərbaycan cəmiyyəti bilsin ki, bizim görüşlərimiz mütəmadi keçirilir. Həmkarlar da gündəlik əsasda əlaqədədirlər. Çünki yerdə BQXK fəaliyyət göstərir. Azərbaycan dövləti BQXK-nın da fəaliyyəti üçün hər cür dəstək göstərir. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narazılıqların aradan götürülməsi üçün konstruktiv təkliflər verir. Yəni belə təkliflər tərəfimizdən çox səsləndirilib”.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.