https://sputnik.az/20230226/azerbaycan-sefirliyine-hucumu-pisleyirik---qm-sedri-452137335.html
Azərbaycan səfirliyinə hücumu pisləyirik - QMİ sədri
Azərbaycan səfirliyinə hücumu pisləyirik - QMİ sədri
Sputnik Azərbaycan
QMİ sədri dünya ictimaiyyətinin bundan dərs götürəcəyinə və bu faciə kimi hadisələrin bir daha baş verməyəcəyinə inamını ifadə edib. 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T11:24+0400
2023-02-26T11:24+0400
2023-02-26T11:36+0400
cəmiyyət
şeyxülislam hacı allahşükür paşazadə
səfirlik
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027529_0:0:2000:1125_1920x0_80_0_0_1077196e247196fcb335634da62b13c5.jpg
BAKI, 26 fevral — Sputnik. Bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. "İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də imkan daxilində dini konfessiyalar birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək". Şeyxülislam Allahşükür Paşazadə həmçinin Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pislədiyini dilə gətirib:"Bununla bağlı yazılı bəyanat verilib və orada hər şey aydın yazılıb".Qeyd edək ki, bu il yanvarın 27-si səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027529_227:0:2000:1330_1920x0_80_0_0_6e8d04e65b9b1961c92b66e80166f912.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şeyxülislam hacı allahşükür paşazadə, səfirlik, xocalı
şeyxülislam hacı allahşükür paşazadə, səfirlik, xocalı
Azərbaycan səfirliyinə hücumu pisləyirik - QMİ sədri
11:24 26.02.2023 (Yenilənib: 11:36 26.02.2023) QMİ sədri dünya ictimaiyyətinin bundan dərs götürəcəyinə və bu faciə kimi hadisələrin bir daha baş verməyəcəyinə inamını ifadə edib.
BAKI, 26 fevral — Sputnik. Bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
"İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də imkan daxilində dini konfessiyalar birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək".
Şeyxülislam Allahşükür Paşazadə həmçinin Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pislədiyini dilə gətirib:
"Bununla bağlı yazılı bəyanat verilib və orada hər şey aydın yazılıb".
Qeyd edək ki, bu il yanvarın 27-si səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.