https://sputnik.az/20230225/xocali-dehsetinin-canli-sahidi-mesede-agacdan-cox-meyit-var-idi-439611681.html
Canlı şahid: Meşədə ağacdan çox meyit var idi
Canlı şahid: Meşədə ağacdan çox meyit var idi
Sputnik Azərbaycan
Yüzlərlə xocalılı var ki, ən böyük arzuları doğmalarının məzarının olmasıdır. Bu, ermənilərin onlara verdiyi dəhşətli işgəncələrdən də pis ağrıdır. 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T15:01+0400
2023-02-25T15:01+0400
2023-02-25T16:07+0400
xocalı
cəmiyyət
xocalı soyqırımı
xocalı qətliamı
xocalı faciəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426330843_0:0:3071:1728_1920x0_80_0_0_8a75fd28fa9519ecd9ac72b958fd7533.jpg
BAKI, 25 fevral — Sputnik. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. O müdhiş gecənin canlı şahidi Əbülfət Kərimov yaşadığı, şahidi olduğu dəhşətlərdən Sputnik Azərbaycan-a bəhs etdi.Əbülfət müəllim Xocalının özündən olub. 32 yaşında doğma torpağını həmyerliləri ilə birlikdə çox böyük acı ilə tərk edib: "Xocalı hər tərəfdən mühasirədə idi. Bizim nə Ağdama, nə də Şuşaya çıxışımız var idi. Hər gün 4 tərəfdən atışma olurdu. Könüllülərdən ibarət batalyonumuz, polis şöbəmiz var idi. Bizə kömək yox idi. Gücümüz çatdığı qədər qorumağa çalışdıq. Fevralın 25-i gecə isə qoruya bilmədik. Əvvəlki atışmalar kimi olmadı".Həmsöhbətim o gecəni hər dəfə xatırlayanda yarasının təzələndiyi deyir. Amma müsahibimiz vuğrulayır ki, bu tarixin unudulmaması üçün təkcə 26 fevralda deyil, tez-tez xatırlanmalıdır:"Orada əsas qüvvə 366-cı motoatıcı alay idi. 25-i günorta saatlarında gördük ki, həmin alayın bir hissəsi Daşbulağa, yarısı da biz tərəfə gəlir. Bizim dövlətlə əlaqələrimiz kəsilmişdi. Rasiya ilə əlaqə yaratmağa çalışırdıq ki, "ay hökumət, bizi qırırlar, bütün kəndləri işğal edirlər". Qaladərəsində Ahıska türkləri yaşayırdılar. Həmin kəndi yandırmışdılar. O biri kəndlər də bir-bir yandırılırdı. Əlimizdə silah da yox idi. Bir neçə adamda avtomat var idi. O boyda alayın qarşısında avtomat nə edə bilərdi ki? O vaxt camaatda ov tüfəngi var idi. Onu da yığmışdılar".Xocalı sakini bildirir ki, Əsgərandan Ağdama keçə bilsəydilər, bəlkə də bu qədər insan qırılmazdı: "Üz tutduq meşəyə. Sanki fevralın 25-dən 26-na keçən gecə Allahın bizə qəzəbi tutmuşdu. Elə qar yağırdı ki, daş yağsaydı, bu qədər incitməzdi. Kənddə elə bir ailə yox idi, onun ailəsində itki olmasın. Mən də həmin gecə atamı itirdim. Atam İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Berlinə qədər gedib çıxmışdı, amma indi heç məzarı da yoxdur. Digər insanlar kimi onun da meyiti qarğa-quzğuna yem oldu. Qar da dayanmadan yağırdı. Çoxu elə qarın altında donub öldü. Meşədə ağacdan çox, meyit var idi. Addımını atırdın, ayağın nəyəsə ilişirdi, baxırdın ki, meyitdir".Müsahibimiz bildirir ki, ovaxtkı hökumət istəsəydi, insanların bu cür qırılmasının qarşısını ala bilərdi. Heç olmasa, qadınları, uşaqları, yaşlıları, əldən-ayaqdan düşmüş insanları Xocalıdan çıxarsaydılar, bəlkə də bu qədər insan ölməzdi: "Deyirlər, 613 nəfər ölüb. İnanmıram, bəlkə, mindən artıq insan ölüb. Atışma davam edirdi. Atamı itirdim, onu meşədə axtaranda uzaqdan bir kənd göründü. Elə bildim, Ağdamın kəndidir, sən demə, ermənilərlə dolu imiş ora. Qarşıma bir nəfər çıxdı. Azərbaycanca çox yaxşı danışırdı. Məndən hara getdiyimi soruşdu, dedim, Ağdamın kəndinə gedirəm. Dedi, hə, gəl, bizimkilərdir. Bir-iki addım gedəndən sonra dedim ki, 10-dan çox adam var, onlara kömək lazımdır. Bunu deyən kimi kolun arxasından silahlı, saqqalı ermənilər çıxdılar. Onları görən kimi anladım ki, artıq hər şey bitdi".Qəhrəmanımız meşədə qaldığı günlərdə ancaq qarla qidalandığını söyləyir. Onsuz da taqəti qalmayan Xocalı sakinini 20 nəfərdən çox erməni amansızcasına döyüb. Amma müsahibimizi bundan daha dəhşətli günlər gözləyirmiş: "Məni sürüyə-sürüyə gətirdilər Əsgəranın Dəhrəz kəndinə. Oradan da yük maşınına mindirdilər. Məndən başqa da əsir götürülən insanlar var idi. Haraya apardıqlarını bilmirdik. Xankəndiyə girəcəkdə tikinti materialları mağazası var idi, orada saxladılar, yerə düşürdülər. Bizə dəhşətli işgəncə verdilər.Meşədən bir papaq tapıb, başıma taxmışdım. Dəyənəklə başımdan papağı çıxardılar, döyməyə başladılar. Xankəndinin dəmiryol vağzalından yuxarıda Xanbağı adlanan yer var idi, oraya apardılar. Orada da dəmirlərlə bizə işgəncə verdilər. Sonra gətirdilər Xankəndinin 3 mərtəbəli polis şöbəsi var idi. Yük maşınının yük yerini qaldırıb daş, kubik kimi boşaltdılar bizi. Sonra 10-12 nəfəri bir kabinəyə saldılar. 2 ay orada qaldıq. Oradakı iki ayı Allah heç kəsə göstərməsin. Ac-susuz, hər gün döyürdülər bizi. Narkotik çəkmiş, içkili ermənilər bizə ağılasığmaz işgəncələr verirdilər. Qabırğamı sındırdılar, elə əyri bitdi. 3 gündən bir bir qurtum su, 4-5 gündən bir quru çörək verirdilər"."Oradan necə sağ çıxa bilmişəm, hələ də inana bilmirəm. Allahın möcüzəsidir. Orada bu işgəncələrə dözməyib ölənlər də oldu. Orada bir yaşlı kişi işgəncəyə dözməyib ölmüşdü. Bizimkilərin onu müsəlman qaydası ilə qibləyə tərəf çevirib gözlərini örtdüklərini biləndə həmin insanlara dəhşətli cəza verdilər. Sonradan bizim əsirlərlə onların əsirləri dəyişdirildi, biz gəldik Azərbaycana".Hər bir Xocalı sakini kimi Əbülfət müəllimin də unudulmayan müdhiş xatirələri var. Amma onların içində atası ilə son günlərini heç vaxt unuda bilmir. Deyir ki, o günü tez-tez yuxusuna girir: "Mən ocaq yandırmışdım. Ocağın kənarında atamla oturmuşduq. Atam o qədər donmuşdu ki, alov atamın pencəyinə keçmişdi, kürəyini yandırmışdı. Onu son dəfə elə gördüm. Sonra bilmədim necə oldu. Özümə verilən işgəncələr yadıma o qədər düşmür, amma onu unuda bilmirəm".Bu gün yüzlərlə xocalılı var ki, ən böyük arzuları doğmalarının məzarının olmasıdır. Elə Əbülfət Kərimov kimi. Deyir ki, atamın məzarı olsaydı, özünü dünyanın ən varlı insanı sanardı: "Meşənin çıxacağında şəhid olanları Ağdama gətirib dəfn edə bilmişdilər. Amma meşənin içində yüzlərlə insanın meyiti qaldı. Bu gün mənim kimi yüzlərlə xocalılı var ki, onların doğmalarının qəbri yoxdur. Atamın məzarı olsaydı, bu gün dünyanın ən varlı, ən xoşbəxt insanı idim. Amma onun məzarı olmadığına görə heç nədən zövq ala bilmirəm. Bilirəm ki, mənim kimi yüzlərlə xocalılı bu hissi yaşayır. Kənd yeri elədir ki, hər kəs bir-biri ilə qohum olur. Orada ölənlərin əksəriyyəti mənim doğmalarım idi".Əbülfət müəllim bildirir ki, ən dəhşətlisi o idi ki, ölkə mətbuatı həmin dəhşətləri xalqdan gizlədirdi. Milli Qəhrəman Çingiz Mustafayevin kadrları olmasaydı, xalq hadisələrdən bixəbər qalacaqdı: "Ailəmin digər üzvlərini hərbi vertolyota mindirmişdik. Həmin vertolyotdakı insanları Gəncəyə gətirib düşürürdülər. Həmin insanları Gəncəyə yox, Ağdamın aeroportuna düşürsəydilər, 3 reys gəlib-gedərdilər, itki də az olardı. Hər şeyin kökündə yiyəsizlik dayanırdı. İndiki hakimiyyət o vaxt olsaydı, indi bu hadisələr olmazdı. İndi müxalifət boğazdan yuxarı danışır, onlar hansı üzlə ikinci dəfə hakimiyyətə gəlmək istəyirlər? Ölkədə olan hərc-məcliklərin cəzasını sadə camaat çəkdi. Ölkə mətbuatı da bunu gizlədirdi. Rəhmətlik Çingiz Mustafayev getdi, çəkdi. Onun çəkdikləri dəryada bir damla idi. Meşənin içində ondan daha dəhşətliləri var idi".Qəhrəmanımız əsirlikdən qayıtdıqdan sonra vəziyyəti o qədər ağır olub ki, övladları onu tanımayıblar. Bu gün onun bir arzusu var, Azərbaycan torpaqlarında bir nəfər də olsun erməni qalmasın: "Bəlkə də mən görməyəcəm. Çünki səhhətim yaxşı deyil. Hələ bu yaşa gəlib çatmışam, bu bir möcüzə olar. Bir arzum var. Qarabağ torpaqlarında bir nəfər də olsa erməni olmasın. Ancaq o zaman yaramız az da olsa xəfifləyər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!Həmçinin oxuyun:Azərbaycan xalqına qarşı terrorun 30 ili: Xocalı soyqırımını törədənlər cəzasız qalıbİlham Əliyev "Xocalıya ədalət" istədi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426330843_164:0:2893:2047_1920x0_80_0_0_b28fada9a59a86be4ece6a06c3b2e88c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocalı faciəsinin şahidi: allahın da bizə qəzəbi tutmuşdu
xocalı faciəsinin şahidi: allahın da bizə qəzəbi tutmuşdu
Canlı şahid: Meşədə ağacdan çox meyit var idi
15:01 25.02.2023 (Yenilənib: 16:07 25.02.2023) Yüzlərlə xocalılı var ki, ən böyük arzuları doğmalarının məzarının olmasıdır. Bu, ermənilərin onlara verdiyi dəhşətli işgəncələrdən də pis ağrıdır.
BAKI, 25 fevral — Sputnik. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. O müdhiş gecənin canlı şahidi Əbülfət Kərimov yaşadığı, şahidi olduğu dəhşətlərdən Sputnik Azərbaycan-a bəhs etdi.
Əbülfət müəllim Xocalının özündən olub. 32 yaşında doğma torpağını həmyerliləri ilə birlikdə çox böyük acı ilə tərk edib: "Xocalı hər tərəfdən mühasirədə idi. Bizim nə Ağdama, nə də Şuşaya çıxışımız var idi. Hər gün 4 tərəfdən atışma olurdu. Könüllülərdən ibarət batalyonumuz, polis şöbəmiz var idi. Bizə kömək yox idi. Gücümüz çatdığı qədər qorumağa çalışdıq. Fevralın 25-i gecə isə qoruya bilmədik. Əvvəlki atışmalar kimi olmadı".
Həmsöhbətim o gecəni hər dəfə xatırlayanda yarasının təzələndiyi deyir. Amma müsahibimiz vuğrulayır ki, bu tarixin unudulmaması üçün təkcə 26 fevralda deyil, tez-tez xatırlanmalıdır:
"Orada əsas qüvvə 366-cı motoatıcı alay idi. 25-i günorta saatlarında gördük ki, həmin alayın bir hissəsi Daşbulağa, yarısı da biz tərəfə gəlir. Bizim dövlətlə əlaqələrimiz kəsilmişdi. Rasiya ilə əlaqə yaratmağa çalışırdıq ki, "ay hökumət, bizi qırırlar, bütün kəndləri işğal edirlər". Qaladərəsində Ahıska türkləri yaşayırdılar. Həmin kəndi yandırmışdılar. O biri kəndlər də bir-bir yandırılırdı. Əlimizdə silah da yox idi. Bir neçə adamda avtomat var idi. O boyda alayın qarşısında avtomat nə edə bilərdi ki? O vaxt camaatda ov tüfəngi var idi. Onu da yığmışdılar".
Xocalı sakini bildirir ki, Əsgərandan Ağdama keçə bilsəydilər, bəlkə də bu qədər insan qırılmazdı: "Üz tutduq meşəyə. Sanki fevralın 25-dən 26-na keçən gecə Allahın bizə qəzəbi tutmuşdu. Elə qar yağırdı ki, daş yağsaydı, bu qədər incitməzdi. Kənddə elə bir ailə yox idi, onun ailəsində itki olmasın. Mən də həmin gecə atamı itirdim. Atam İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Berlinə qədər gedib çıxmışdı, amma indi heç məzarı da yoxdur. Digər insanlar kimi onun da meyiti qarğa-quzğuna yem oldu. Qar da dayanmadan yağırdı. Çoxu elə qarın altında donub öldü. Meşədə ağacdan çox, meyit var idi. Addımını atırdın, ayağın nəyəsə ilişirdi, baxırdın ki, meyitdir".
Müsahibimiz bildirir ki, ovaxtkı hökumət istəsəydi, insanların bu cür qırılmasının qarşısını ala bilərdi. Heç olmasa, qadınları, uşaqları, yaşlıları, əldən-ayaqdan düşmüş insanları Xocalıdan çıxarsaydılar, bəlkə də bu qədər insan ölməzdi: "Deyirlər, 613 nəfər ölüb. İnanmıram, bəlkə, mindən artıq insan ölüb. Atışma davam edirdi. Atamı itirdim, onu meşədə axtaranda uzaqdan bir kənd göründü. Elə bildim, Ağdamın kəndidir, sən demə, ermənilərlə dolu imiş ora. Qarşıma bir nəfər çıxdı. Azərbaycanca çox yaxşı danışırdı. Məndən hara getdiyimi soruşdu, dedim, Ağdamın kəndinə gedirəm. Dedi, hə, gəl, bizimkilərdir. Bir-iki addım gedəndən sonra dedim ki, 10-dan çox adam var, onlara kömək lazımdır. Bunu deyən kimi kolun arxasından silahlı, saqqalı ermənilər çıxdılar. Onları görən kimi anladım ki, artıq hər şey bitdi".
Qəhrəmanımız meşədə qaldığı günlərdə ancaq qarla qidalandığını söyləyir. Onsuz da taqəti qalmayan Xocalı sakinini 20 nəfərdən çox erməni amansızcasına döyüb. Amma müsahibimizi bundan daha dəhşətli günlər gözləyirmiş: "Məni sürüyə-sürüyə gətirdilər Əsgəranın Dəhrəz kəndinə. Oradan da yük maşınına mindirdilər. Məndən başqa da əsir götürülən insanlar var idi. Haraya apardıqlarını bilmirdik. Xankəndiyə girəcəkdə tikinti materialları mağazası var idi, orada saxladılar, yerə düşürdülər. Bizə dəhşətli işgəncə verdilər.
Meşədən bir papaq tapıb, başıma taxmışdım. Dəyənəklə başımdan papağı çıxardılar, döyməyə başladılar. Xankəndinin dəmiryol vağzalından yuxarıda Xanbağı adlanan yer var idi, oraya apardılar. Orada da dəmirlərlə bizə işgəncə verdilər. Sonra gətirdilər Xankəndinin 3 mərtəbəli polis şöbəsi var idi. Yük maşınının yük yerini qaldırıb daş, kubik kimi boşaltdılar bizi. Sonra 10-12 nəfəri bir kabinəyə saldılar. 2 ay orada qaldıq. Oradakı iki ayı Allah heç kəsə göstərməsin. Ac-susuz, hər gün döyürdülər bizi. Narkotik çəkmiş, içkili ermənilər bizə ağılasığmaz işgəncələr verirdilər. Qabırğamı sındırdılar, elə əyri bitdi. 3 gündən bir bir qurtum su, 4-5 gündən bir quru çörək verirdilər".
"Oradan necə sağ çıxa bilmişəm, hələ də inana bilmirəm. Allahın möcüzəsidir. Orada bu işgəncələrə dözməyib ölənlər də oldu. Orada bir yaşlı kişi işgəncəyə dözməyib ölmüşdü. Bizimkilərin onu müsəlman qaydası ilə qibləyə tərəf çevirib gözlərini örtdüklərini biləndə həmin insanlara dəhşətli cəza verdilər. Sonradan bizim əsirlərlə onların əsirləri dəyişdirildi, biz gəldik Azərbaycana".
Hər bir Xocalı sakini kimi Əbülfət müəllimin də unudulmayan müdhiş xatirələri var. Amma onların içində atası ilə son günlərini heç vaxt unuda bilmir. Deyir ki, o günü tez-tez yuxusuna girir: "Mən ocaq yandırmışdım. Ocağın kənarında atamla oturmuşduq. Atam o qədər donmuşdu ki, alov atamın pencəyinə keçmişdi, kürəyini yandırmışdı. Onu son dəfə elə gördüm. Sonra bilmədim necə oldu. Özümə verilən işgəncələr yadıma o qədər düşmür, amma onu unuda bilmirəm".
Bu gün yüzlərlə xocalılı var ki, ən böyük arzuları doğmalarının məzarının olmasıdır. Elə Əbülfət Kərimov kimi. Deyir ki, atamın məzarı olsaydı, özünü dünyanın ən varlı insanı sanardı: "Meşənin çıxacağında şəhid olanları Ağdama gətirib dəfn edə bilmişdilər. Amma meşənin içində yüzlərlə insanın meyiti qaldı. Bu gün mənim kimi yüzlərlə xocalılı var ki, onların doğmalarının qəbri yoxdur. Atamın məzarı olsaydı, bu gün dünyanın ən varlı, ən xoşbəxt insanı idim. Amma onun məzarı olmadığına görə heç nədən zövq ala bilmirəm. Bilirəm ki, mənim kimi yüzlərlə xocalılı bu hissi yaşayır. Kənd yeri elədir ki, hər kəs bir-biri ilə qohum olur. Orada ölənlərin əksəriyyəti mənim doğmalarım idi".
Əbülfət müəllim bildirir ki, ən dəhşətlisi o idi ki, ölkə mətbuatı həmin dəhşətləri xalqdan gizlədirdi. Milli Qəhrəman Çingiz Mustafayevin kadrları olmasaydı, xalq hadisələrdən bixəbər qalacaqdı: "Ailəmin digər üzvlərini hərbi vertolyota mindirmişdik. Həmin vertolyotdakı insanları Gəncəyə gətirib düşürürdülər. Həmin insanları Gəncəyə yox, Ağdamın aeroportuna düşürsəydilər, 3 reys gəlib-gedərdilər, itki də az olardı. Hər şeyin kökündə yiyəsizlik dayanırdı. İndiki hakimiyyət o vaxt olsaydı, indi bu hadisələr olmazdı. İndi müxalifət boğazdan yuxarı danışır, onlar hansı üzlə ikinci dəfə hakimiyyətə gəlmək istəyirlər? Ölkədə olan hərc-məcliklərin cəzasını sadə camaat çəkdi. Ölkə mətbuatı da bunu gizlədirdi. Rəhmətlik Çingiz Mustafayev getdi, çəkdi. Onun çəkdikləri dəryada bir damla idi. Meşənin içində ondan daha dəhşətliləri var idi".
Qəhrəmanımız əsirlikdən qayıtdıqdan sonra vəziyyəti o qədər ağır olub ki, övladları onu tanımayıblar. Bu gün onun bir arzusu var, Azərbaycan torpaqlarında bir nəfər də olsun erməni qalmasın: "Bəlkə də mən görməyəcəm. Çünki səhhətim yaxşı deyil. Hələ bu yaşa gəlib çatmışam, bu bir möcüzə olar. Bir arzum var. Qarabağ torpaqlarında bir nəfər də olsa erməni olmasın. Ancaq o zaman yaramız az da olsa xəfifləyər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!