https://sputnik.az/20230225/turkiyede-zelzelede-dagilmis-binalarla-bagli-55-nefer-hebs-olunub-452126510.html
Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub
Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub
Sputnik Azərbaycan
Kahramanmaraşdakı zəlzələlərlə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri saxlanılıb 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T17:04+0400
2023-02-25T17:04+0400
2023-02-25T17:05+0400
hadisə
zəlzələ
türkiyə
saxlanılan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697743_0:160:3072:1888_1920x0_80_0_0_caae58cc4c30859ec59114be8151459f.jpg
BAKI, 25 fevral - Sputnik. Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.Nazir dağılan binalarda dağıntıların altında qalanların çıxarılması işini tamamlandığını deyib.O bildirib ki, Diyarbəkirdə zəlzələdə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər tamamlanıb.Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak da saxlanılıb.“Report” xəbər verir ki, o, Kahramanmaraşda baş vermiş zəlzələ ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.Bələdiyyə sədrinin konkret olaraq hansı maddə ilə ittiham olunduğu hələ ki açıqlanmayıb.Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697743_171:0:2902:2048_1920x0_80_0_0_5b4a0d7e901c4d3f3671a33086a4bcad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə, saxlanılan
zəlzələ, türkiyə, saxlanılan
Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub
17:04 25.02.2023 (Yenilənib: 17:05 25.02.2023) Kahramanmaraşdakı zəlzələlərlə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri saxlanılıb
BAKI, 25 fevral - Sputnik. Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.
Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.
Nazir dağılan binalarda dağıntıların altında qalanların çıxarılması işini tamamlandığını deyib.
O bildirib ki, Diyarbəkirdə zəlzələdə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər tamamlanıb.
Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak da saxlanılıb.
“Report” xəbər verir ki, o, Kahramanmaraşda baş vermiş zəlzələ ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Bələdiyyə sədrinin konkret olaraq hansı maddə ilə ittiham olunduğu hələ ki açıqlanmayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.