https://sputnik.az/20230225/sovet-dovrunun-tehsil-sehifesini-yeniden-vereqlemeliyik-452050637.html
Sovet dövrünün təhsil səhifəsini yenidən vərəqləməliyik
Sovet dövrünün təhsil səhifəsini yenidən vərəqləməliyik
Sputnik Azərbaycan
Sovet dövründə hərbçi, polkovnik rütbəsinədək qalxan müəllimin nüfuzu niyə aşağı düşüb? Ekspertlər fikirlərini bildiriblər. 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T20:44+0400
2023-02-25T20:44+0400
2023-02-25T20:10+0400
təhsil
məktəb
təhsil
dərs
tədris
fənn
https://cdnn1.img.sputnik.az/img/42249/68/422496833_0:104:1500:948_1920x0_80_0_0_54b7b72e9babd7bbbf56007237a28398.jpg
BAKI, 25 fevral — Sputnik. "Sovet təhsil sistemi dünyanın ən qabaqcıl ölkələri tərəfindən də müsbət qiymətləndirilib. Etiraf etməliyik ki, Azərbaycanın elm və təshili ötən əsrin 60-cı illərində özünün intibah dövrünü yaşayıb. Bunu danmaq düzgün deyil. Bu təhsil sistemi oturuşmuş sistem idi. Lakin biz bu təhsilə bir siyasi rəng verdik və qərb təhsilinə inteqrasiya etdik. 30 ildən artıqdır ki nə tam olaraq sovet təhsil istemindən çıxa bildik, nə də ki qərb təhsilini mənimsəyə bildik". Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib. Ekspert deyir ki, sovet təhsil sistemi ilə bağlı təhlil aparmaq lazımdır: "Xüsusən də araşdıraraq bir nəticəyə gəlməliyik ki, sovet və hazırkı təhsil sistemlərinin hansı müsbət-mənfi tərəfləri var. Bundan başqa, hansı təhsil sistemində udmuşuq, hansında uduzmuşuq, bunu öyrənməliyik. Baxın, vaxtı ilə sovet təhsilindən, pioner düşərgələrindən imtina etdik. Bu pioner düşərgələri indi də adamda nostalji hisslər yaradır. Rüblükləri ləğv edib yarımilə keçdik, klassik qiymətləndirməni ləğv edib diaqnostik, summativ qiymətləndirməyə keçdik". "1999-cu ildə islahat proqramı qəbul etdik. Bu proqramda birmənalı şəkildə qeyd olunurdu ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlayıb inkişaf etdirmək lazımdır. Lakin biz nəinki bunu inkişaf etdirdik, olan-qalanı da vurub yıxdıq. Keçmişə xor baxmaq olmaz. Yenilik keçmişin əsasında inkişaf edir. Düşünürəm ki, 70 illik təhsil tariximizə yenidən baxmalıyıq, müsbət ənənələri geri qaytarıb onları daha da inkişaf etdirməliyik", - deyə ekspert əlavə edib. Konkret nələri geri qaytarmalıyıq, sualına cavab olaraq N.İsrafilov bildirib ki, ilkin mərhələdə müəllimlərin nüfuzunu geri qaytarmaq lazımdır: "Lenin deyirdi ki, müəllimi ən yüksək səviyyəyə qaldırmaq lazımdır. O zamanlar müəllimin böyük nüfuzu vardı. 21 yaşımda 15 evə elçiliyə getmişdim, qapımıza müəllim gəlib, deyib, elçiliyə yox cavabı vermirdilər. Amma indiki mənzərəyə baxın, görün müəllimi nə günə qoymuşuq. Müəllim nüfuzunun qaldırılması bizim əsas hədəflərimizdən biri olmalıdır". "Əvvəllər məktəblər məbədgah idi, indi açılan kursların sayı az qala məktəblərdən çoxdur. Müəllimi, şagirdi məktəbə qaytarmaq lazımdır. Sovet dövründə repetitor anlayışı olmayıb. "Sehrli xalat" filminə baxın, sovet dövründə uşaqlar üçün nə qədər pulsuz dərnəklər var idi. Amma sonradan nə etdik? Nə qədər məktəbdənkənar təhsil müəssissələrini bağladıq. Məktəbə təlim-tərbiyə mərkəzi deyilir, təlimin üstünə düşüb tərbiyəni yaddan çıxarmışıq", - deyə o əlavə edib. Ekspert peşə təhsilinə marağın azaldığını vurğulayır: "Hansı sənəddə yazılıb ki, orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır. O dövrdə nə qədər texniki peşə məktəbləri var idi ki, yüksək kadrlar hazırlayırdılar. İndi isə peşə adamlarına hörmət qalmayıb". Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet təhsilinin qüsurları ilə yanaşı müsbətləri də var idi: "SSRİ fəhlə sinfinin balalarını oxutmağa çalışırdı. Bu məktəbləri təminatını dövlət üzərinə götürürdü. Müəllimlərin də təminatını tamamilə üzərinə götürürdü. Müəllim qüsursuz fəaliyyət göstərərdisə, o "Qırmızı Əmək Ordeni" bayrağına layiq görülərdi. Sonrakı mərhələdə "Lenin ordeni" alırdı. 30 il qüsursuz fəaliyyətə görə isə o istədiyi vaxt əmək pensiyasına çıxa bilərdi. Yəni, beləcə müəllim hərbçi, polkovnik rütbəsinədək qaldırılırdı. Hərbçilərə nə güzəşt var idisə, o müəllimlərə də aid idi". "21-ci əsrdə isə təhsil kapitala itaət üzərində qurulub. Sovet dövründəki təhsil isə insanları xoşbəxt gələcəyə aparan cəmiyyətin təhsil sistemi idi. Təbii ki, bu təhsil sisteminin də müəyyən çatışmazlığı vardı, lazım olan perspektivlər açmırdı", - deyə o əlavə edib. Ekspert bildirir ki, ilk növbədə müəllimə, təhsilə hörmət geri qaytarılmalıdır, müəllimlərin təminatı, əmək haqları yaxşılaşdırılmalıdır: "Üç təbəqənin maaşı yüksək olmalıdır: müəllimlər, həkimlər və hərbçilərin". "Bundan başqa, digər problem direktorlarla bağlıdır. Baxın, sovet dövründə məktəb direktorunun təyinatına xüsusi diqqət yetirilirdi, qüsurlu fəaliyyəti olan bir müəllim heç vaxt direktor ola bilməzdi. Lakin indi təsadüfi adamlar da məktəb direktoru ola bilər. Pedaqoq olmayanlar təhsilin başına gətirilir ki, bu da elə təhsilə ən böyük zərbədir", - deyə o əlavə edib. Ekspertin direktorlarla bağlı qeyd etdiyi məsələyə gəldikdə isə, bildirək ki, qanunvericilyə görə, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli kadrlar buraxılır. Ancaq həmin kadrlar 5 ildən az olmayaraq pedaqoji staja malik olmalıdırlar. Lakin təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün bu tələb 3 il müəyyən edilib. Bundan başqa, direktorluğa namizədlərin mütləq hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması da əsas şərt hesab edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/68/422496833_164:0:1428:948_1920x0_80_0_0_d881c86f4dd905ca9bb6cd0b43c1465b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, təhsil, dərs, tədris, fənn
məktəb, təhsil, dərs, tədris, fənn
Sovet dövrünün təhsil səhifəsini yenidən vərəqləməliyik
Sovet dövründə hərbçi, polkovnik rütbəsinədək qalxan müəllimin nüfuzu niyə aşağı düşüb? Ekspertlər fikirlərini bildiriblər.
BAKI, 25 fevral — Sputnik. "Sovet təhsil sistemi dünyanın ən qabaqcıl ölkələri tərəfindən də müsbət qiymətləndirilib. Etiraf etməliyik ki, Azərbaycanın elm və təshili ötən əsrin 60-cı illərində özünün intibah dövrünü yaşayıb. Bunu danmaq düzgün deyil. Bu təhsil sistemi oturuşmuş sistem idi. Lakin biz bu təhsilə bir siyasi rəng verdik və qərb təhsilinə inteqrasiya etdik. 30 ildən artıqdır ki nə tam olaraq sovet təhsil istemindən çıxa bildik, nə də ki qərb təhsilini mənimsəyə bildik".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.
Ekspert deyir ki, sovet təhsil sistemi ilə bağlı təhlil aparmaq lazımdır: "Xüsusən də araşdıraraq bir nəticəyə gəlməliyik ki, sovet və hazırkı təhsil sistemlərinin hansı müsbət-mənfi tərəfləri var. Bundan başqa, hansı təhsil sistemində udmuşuq, hansında uduzmuşuq, bunu öyrənməliyik. Baxın, vaxtı ilə sovet təhsilindən, pioner düşərgələrindən imtina etdik. Bu pioner düşərgələri indi də adamda nostalji hisslər yaradır. Rüblükləri ləğv edib yarımilə keçdik, klassik qiymətləndirməni ləğv edib diaqnostik, summativ qiymətləndirməyə keçdik".
"1999-cu ildə islahat proqramı qəbul etdik. Bu proqramda birmənalı şəkildə qeyd olunurdu ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlayıb inkişaf etdirmək lazımdır. Lakin biz nəinki bunu inkişaf etdirdik, olan-qalanı da vurub yıxdıq. Keçmişə xor baxmaq olmaz. Yenilik keçmişin əsasında inkişaf edir. Düşünürəm ki, 70 illik təhsil tariximizə yenidən baxmalıyıq, müsbət ənənələri geri qaytarıb onları daha da inkişaf etdirməliyik", - deyə ekspert əlavə edib.
Konkret nələri geri qaytarmalıyıq, sualına cavab olaraq N.İsrafilov bildirib ki, ilkin mərhələdə müəllimlərin nüfuzunu geri qaytarmaq lazımdır: "Lenin deyirdi ki, müəllimi ən yüksək səviyyəyə qaldırmaq lazımdır. O zamanlar müəllimin böyük nüfuzu vardı. 21 yaşımda 15 evə elçiliyə getmişdim, qapımıza müəllim gəlib, deyib, elçiliyə yox cavabı vermirdilər. Amma indiki mənzərəyə baxın, görün müəllimi nə günə qoymuşuq. Müəllim nüfuzunun qaldırılması bizim əsas hədəflərimizdən biri olmalıdır".
"Əvvəllər məktəblər məbədgah idi, indi açılan kursların sayı az qala məktəblərdən çoxdur. Müəllimi, şagirdi məktəbə qaytarmaq lazımdır. Sovet dövründə repetitor anlayışı olmayıb. "Sehrli xalat" filminə baxın, sovet dövründə uşaqlar üçün nə qədər pulsuz dərnəklər var idi. Amma sonradan nə etdik? Nə qədər məktəbdənkənar təhsil müəssissələrini bağladıq. Məktəbə təlim-tərbiyə mərkəzi deyilir, təlimin üstünə düşüb tərbiyəni yaddan çıxarmışıq", - deyə o əlavə edib.
Ekspert peşə təhsilinə marağın azaldığını vurğulayır: "Hansı sənəddə yazılıb ki, orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır. O dövrdə nə qədər texniki peşə məktəbləri var idi ki, yüksək kadrlar hazırlayırdılar. İndi isə peşə adamlarına hörmət qalmayıb".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet təhsilinin qüsurları ilə yanaşı müsbətləri də var idi: "SSRİ fəhlə sinfinin balalarını oxutmağa çalışırdı. Bu məktəbləri təminatını dövlət üzərinə götürürdü. Müəllimlərin də təminatını tamamilə üzərinə götürürdü. Müəllim qüsursuz fəaliyyət göstərərdisə, o "Qırmızı Əmək Ordeni" bayrağına layiq görülərdi. Sonrakı mərhələdə "Lenin ordeni" alırdı. 30 il qüsursuz fəaliyyətə görə isə o istədiyi vaxt əmək pensiyasına çıxa bilərdi. Yəni, beləcə müəllim hərbçi, polkovnik rütbəsinədək qaldırılırdı. Hərbçilərə nə güzəşt var idisə, o müəllimlərə də aid idi".
"21-ci əsrdə isə təhsil kapitala itaət üzərində qurulub. Sovet dövründəki təhsil isə insanları xoşbəxt gələcəyə aparan cəmiyyətin təhsil sistemi idi. Təbii ki, bu təhsil sisteminin də müəyyən çatışmazlığı vardı, lazım olan perspektivlər açmırdı", - deyə o əlavə edib.
Ekspert bildirir ki, ilk növbədə müəllimə, təhsilə hörmət geri qaytarılmalıdır, müəllimlərin təminatı, əmək haqları yaxşılaşdırılmalıdır: "Üç təbəqənin maaşı yüksək olmalıdır: müəllimlər, həkimlər və hərbçilərin".
"Bundan başqa, digər problem direktorlarla bağlıdır. Baxın, sovet dövründə məktəb direktorunun təyinatına xüsusi diqqət yetirilirdi, qüsurlu fəaliyyəti olan bir müəllim heç vaxt direktor ola bilməzdi. Lakin indi təsadüfi adamlar da məktəb direktoru ola bilər. Pedaqoq olmayanlar təhsilin başına gətirilir ki, bu da elə təhsilə ən böyük zərbədir", - deyə o əlavə edib.
Ekspertin direktorlarla bağlı qeyd etdiyi məsələyə gəldikdə isə, bildirək ki, qanunvericilyə görə, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli kadrlar buraxılır. Ancaq həmin kadrlar 5 ildən az olmayaraq pedaqoji staja malik olmalıdırlar. Lakin təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün bu tələb 3 il müəyyən edilib. Bundan başqa, direktorluğa namizədlərin mütləq hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması da əsas şərt hesab edilir.