Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам переговоров после подписания декларации о союзническом взаимодействии - Sputnik Azərbaycan, 1920
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin 2021-ci il fevralın 22-də imzalayıblar. 43 bənddən ibarət bəyannamə dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Deputat: "Azərbaycan hər zaman Rusiya ilə yaxşı münasibətlərin olmasının tərəfdarı olub"

© Sputnik / Murad OrujovAzərbaycan
Azərbaycan - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, dövlətlərarası münasibətlər qarşılıqlı maraqlar əsasında qurarlarsa, bu ümumilikdə dünyada stabilliyin artmasına və inkişafın genişlənməsinə təkan verir.
BAKI, 25 fevral — Sputnik. Ötən ilin fevralın 22-də Azərbaycanın Prezidentinin Rusiya səfəri zamanı Azərbaycan və Rusiya liderləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzaladılar. Dünyada geosiyasi vəziyyətin gərginləşdiyi bir vatxda iki ölkə dövrdə belə bir sazişin imzalanması üçün seçilmiş vaxt da əlamətdar idi.
Sputnik Azərbaycan artıq bir ili tamam olmuş bu sazişin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təsiri ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikirlərini öyrənib.
Millət vəkili qeyd edib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı münasibətlərin olmasının hər zaman tərəfdarı olub:
"Azərbaycanın Rusiya ilə əlaqələri tarixi ənənlərə malikdir. Beynəlxalq çərçivədə əməkdaşlığın genişləndirilməsi, regionda sülhün və stabilliyin gücləndirilməsini nəzərə alaraq iki ölkə belə bir sazişin imzalanmasına qərar verdilər. Saziş prinsipcə bir çox sahələri əhatə edir və hesab edirəm ki, hər iki ölkənin də maraqlarına cavab verir. Azərbaycanda böyük bir rus icması yaşayır, eynilə də Rusiyada azərbaycanlılar yaşayır. İki ölknin iqtisadi və humnaitar sferada bir-biri ilə sıx əlaqələri var. Düşünürəm ki, bu bir il ərzində ilk növbədə münasibətləri qoruyub saxlaya bildik və hər bir sahədə irəliləyişə nail olmağı bacardıq. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, həmçinin bir-birinin milli maraqlarına hörmətlə yanaşılması bunu aydın şəkildə göstərib. Bu yaxınlarda Azərbaycan Milli Məcslinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə Rusiyada səfərdə oldu. Bu səfər zamanı Azərbaycan nümayəndə heyətinə göstərilən münasibət ölkələr arasındakı münasibətlərin göstəricisi idi".
Aydın Mirzəzadə dünyada baş verən geosiyasi katakilizmlər fonunda, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf tempinin yüksəldiyini qeyd edib. Onun sözlərinə görə, bu gün Ukrayna ətrafında baş verənlər, eləcə də Qərb dünyası ilə Rusiya arasında yaşanan qarşıdurmalar Azərbayca-Rusiya münasibətlərinə mənfi təsir etməyib: "Hesab edirəm ki, bu münasibətlərin inkişafı xalqlarımızın və dövlətlərimizin marağındadır. Azərbaycan regionda sülhün, sabitliyin tərəfdarıdır və regional inkişafın aparıcı aktorudur. Biz Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalamaqla yanaşı, qardaş Türkiyə ilə də Şuşa bəyannaməsini imzalamışıq. Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətlərinin olması ümumilikdə üç ölkə arasında yaxşı münasibətlərin qurulmasının əsasını təmin edir. Bu gün Türkiyə mürəkkəb siyasi şəraittdə həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətlər saxlaya bilir və müharibənin tezliklə bitməsi üçün əlindən gələni edir".
"Təcrübə gsötərir ki, dövlətlərarası münasibətlər qarşılıqlı maraqlar əsasında qurarlarsa, bu ümumilikdə dünyada stabilliyin artmasına və inkişafın genişlənməsinə təkan verir. Azərbaycan əməkdaşlığa, qarşılıqlı maraqlara yönəlmiş istənilən addımları dəstəkləyir və bundan sobnra da dəstəkləyəcək. Ölkəmiz regionda gərginliyi artırmağa yönəlmiş addımların qarşısını almağa, bunun üçün müttəfiqləri ilə birgə hərəkət etməyə tərəfdardır. Bizim regionumuz dünyanın diqqətindədir. Ümumilikdə dünya bu regionda sabitliyin olmasında maraqlı olmalıdr", – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Müttəfiqlik Bəyannaməsindən sonra Azərbaycan Rusiya münasibətlərində nələr dəyişdi?
Xəbər lenti
0