https://sputnik.az/20230225/a-nin-vasitecilik-tesebbuslerinde-rusiya-amili-sulhe-nail-olmaq-mumkun-olacaqmi-452111431.html
Aİ-nin vasitəçilik təşəbbüslərində Rusiya amili: sülhə nail olmaq mümkün olacaqmı?
Aİ-nin vasitəçilik təşəbbüslərində Rusiya amili: sülhə nail olmaq mümkün olacaqmı?
Sputnik Azərbaycan
Görünən odur ki, Avropa İttifaqı Cənubi Qafqazda cərəyan edən proseslərdə kənarda qalmaq istəmir və vasitəçilik missiyasını gücləndirməklə Cənubi Qafqazda... 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T08:36+0400
2023-02-25T08:36+0400
2023-02-25T08:36+0400
ai
təhlil
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2903:1632_1920x0_80_0_0_588a4207a27cb9ccdbc7aa566198adc1.jpg
BAKI, 25 fevral — Sputnik. Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə əlaqədar təmaslar yenidən aktivləşir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın regiona səfəri də bundan xəbər verir. Xatırladaq ki, bir müddət əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət Katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmuşdu. Görünən odur ki, Avropa İttifaqı Cənubi Qafqazda cərəyan edən proseslərdə kənarda qalmaq istəmir və vasitəçilik missiyasını gücləndirməklə Cənubi Qafqazda mövqelərinin gücləndirmək istəyir. Fevralın 23-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Onun sözlərinə görə, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətə yol verməsin. "Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayırıq. Qeyd etdiyim kimi, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın yaradılması, sülh müqaviləsinin hazırlanması istiqamətində görülən tədbirləri nəzərdə tuturam. Əsas odur ki, davamlı vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verilməsin, əməkdaşlığa nail olunsun", - deyə o, bildirib. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir. Bəs Aİ-nin aktivləşən vasitəçilik təşəbbüsləri Cənubi Qafqaza sülh gətirəcəkmi? Mövzu ilə bağlı Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Politoloqun sözlərinə görə, danışıqların intensivləşdirilməsi üçün atılan adddımlar həqiqətən də alqışlanmalıdır: "Burada diqqət edilməli məqam odur ki, bu təşəbbüslər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməli və münaqişədən sonrakı vəziyyətin yaratdığı reallıqların aradan qaldırılmasına xidmət etməlidir. Amma həqiqət budur ki, ABŞ və Avropa İttifaqının məqsədi Rusiyanı bölgədən sıxışdırmaq, münaqişə tərəfləri arasında Rusiyanın moderatorluğunu sıxışdırıb çıxarmaqdır. Artıq Rusiya rəsmiləri də Qərbin sülh təşəbbüslərinə ardıcıl olaraq öz münasibətlərini ortaya qoyurlar". Politoloq hesab edir ki, Rusiyanın bu təşəbbüslərə münasibəti birmənalı deyil: "Elə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ermənistana Aİ-nin müşahidə missiyası göndərmək barədə qərarını "odla oynamaq" kimi şərh etməsi də bundan xəbər verir. Hətta xatırlatmaq istərdim ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana Qərblə qurduğu bu isti münasibətlərə görə xəbərdarlıq edib. Volodin faktiki olaraq Ermənistanın dövlətçiliyini itirə biləcəyinə vurğu edib". Elşən Manafov bildirir ki, Qərb dövlətləri Rusiyanın Ukrayanada məlum geosiyasi qarşıdurmaya cəlb olunmasından istifadə edərək Cənubi Qafqazda da qüvvələr nisbətini öz xeyirlərinə dəyişmək və regionu tamamilə özlərinin nüfuz dairəsinə salmaq istəyirlər: "Digər tərəfdən əlbəttə nəzərə almaq lazımdır ki, Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol da Qərb dövlətləri üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın neft-qaz imkanlarının təhlükəsizliyini təmin edərək yararlanmaq Aİ-nin maraqlarına cavab verir. Məlumdur ki, nəqliyyat dəhlizlərinin açıla biləcəyi ilə bağlı söhbətlər də Aİ tərəfindən dəstəklənir. Hərçənd ki, Aİ-nin Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi mövqeyi yoxdur, istisna etmək olmaz ki, Aİ Ermənistana da dəstək verə bilər. Çünki Ermənistanın dəhlizlərlə bağlı mövqeyi hələlik qeyri-müəyyəndir. Paşinyan hakimiyyət bu məsələdə fərqli mövqe tutur və alternativ yolların çəkilməsini təklif edir". Ekspert hesab edir ki, burada Qərbin öz maraqlarının olduğunu da unutmamalıyıq. Həmçinin bölgədə İran faktoru ilə bağlı amillər nəzərə alınmalıdır. Bu bölgənin gələcəyi ilə bağlı vəziyyəti müzakirə etmək müvafiq qərarların qəbul edilməsi ilə nətəcələnə bilər. "İndiki şəraitdə Rusiya və Aİ-nin, o cümlədən ABŞ-ın Qafqazda ortaq maraqlardan çıxış edərək addımlar ata biləcəyi bir qədər çətin görünür. Çünki münqaişə tərəfləri arasında uzun müddət vasitəçilik edən ATƏT-in Minsk Qrupu artıq mövcud deyil. Azərbaycan Prezidenti bu vasitəçilik missiyasına artıq öz münasibətini bildirib. Xüsusilə də Fransanın tutduğu qərəzli yanaşma şəraitində onun Minsk Qrupu çərçivəsində vasitəçi kimi çıxış etməsi mümkün deyil. Digər tərəfdən Ukraynadakı vəziyyət göstərir ki, geosiyasi güc mərkəzləri arasında münasibətlər daha da gərginləşməkdədir", - Manafov deyib.Politoloq güman etmir ki, bu cür şəraitdə Rusiya Cənubi Qafqazda Qərbə hansısa güzəştlərə gedəcək. "Ukraynada yaşanan qarşıdurmanın müqəddəratına aydınlıq gətirilmədən Rusiyanın Cənubi Qafqazla bağlı məsələdən geri çəkiləcəyi və Qərbin istəklərini nəzərə alacağı bir qədər müəmmalı görünür", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2731:2048_1920x0_80_0_0_04368de227791a10015b703e114f39d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, rusiya
Aİ-nin vasitəçilik təşəbbüslərində Rusiya amili: sülhə nail olmaq mümkün olacaqmı?
Görünən odur ki, Avropa İttifaqı Cənubi Qafqazda cərəyan edən proseslərdə kənarda qalmaq istəmir və vasitəçilik missiyasını gücləndirməklə Cənubi Qafqazda mövqelərinin gücləndirmək istəyir.
BAKI, 25 fevral — Sputnik. Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə əlaqədar təmaslar yenidən aktivləşir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın regiona səfəri də bundan xəbər verir.
Xatırladaq ki, bir müddət əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət Katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmuşdu.
Görünən odur ki, Avropa İttifaqı Cənubi Qafqazda cərəyan edən proseslərdə kənarda qalmaq istəmir və vasitəçilik missiyasını gücləndirməklə Cənubi Qafqazda mövqelərinin gücləndirmək istəyir.
Fevralın 23-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
Onun sözlərinə görə, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətə yol verməsin.
"Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayırıq. Qeyd etdiyim kimi, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın yaradılması, sülh müqaviləsinin hazırlanması istiqamətində görülən tədbirləri nəzərdə tuturam. Əsas odur ki, davamlı vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verilməsin, əməkdaşlığa nail olunsun", - deyə o, bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.
Bəs Aİ-nin aktivləşən vasitəçilik təşəbbüsləri Cənubi Qafqaza sülh gətirəcəkmi?
Mövzu ilə bağlı Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, danışıqların intensivləşdirilməsi üçün atılan adddımlar həqiqətən də alqışlanmalıdır:
"Burada diqqət edilməli məqam odur ki, bu təşəbbüslər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməli və münaqişədən sonrakı vəziyyətin yaratdığı reallıqların aradan qaldırılmasına xidmət etməlidir. Amma həqiqət budur ki, ABŞ və Avropa İttifaqının məqsədi Rusiyanı bölgədən sıxışdırmaq, münaqişə tərəfləri arasında Rusiyanın moderatorluğunu sıxışdırıb çıxarmaqdır. Artıq Rusiya rəsmiləri də Qərbin sülh təşəbbüslərinə ardıcıl olaraq öz münasibətlərini ortaya qoyurlar".
Politoloq hesab edir ki, Rusiyanın bu təşəbbüslərə münasibəti birmənalı deyil:
"Elə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ermənistana Aİ-nin müşahidə missiyası göndərmək barədə qərarını "odla oynamaq" kimi şərh etməsi də bundan xəbər verir. Hətta xatırlatmaq istərdim ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana Qərblə qurduğu bu isti münasibətlərə görə xəbərdarlıq edib. Volodin faktiki olaraq Ermənistanın dövlətçiliyini itirə biləcəyinə vurğu edib".
Elşən Manafov bildirir ki, Qərb dövlətləri Rusiyanın Ukrayanada məlum geosiyasi qarşıdurmaya cəlb olunmasından istifadə edərək Cənubi Qafqazda da qüvvələr nisbətini öz xeyirlərinə dəyişmək və regionu tamamilə özlərinin nüfuz dairəsinə salmaq istəyirlər:
"Digər tərəfdən əlbəttə nəzərə almaq lazımdır ki, Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol da Qərb dövlətləri üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın neft-qaz imkanlarının təhlükəsizliyini təmin edərək yararlanmaq Aİ-nin maraqlarına cavab verir. Məlumdur ki, nəqliyyat dəhlizlərinin açıla biləcəyi ilə bağlı söhbətlər də Aİ tərəfindən dəstəklənir. Hərçənd ki, Aİ-nin Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi mövqeyi yoxdur, istisna etmək olmaz ki, Aİ Ermənistana da dəstək verə bilər. Çünki Ermənistanın dəhlizlərlə bağlı mövqeyi hələlik qeyri-müəyyəndir. Paşinyan hakimiyyət bu məsələdə fərqli mövqe tutur və alternativ yolların çəkilməsini təklif edir".
Ekspert hesab edir ki, burada Qərbin öz maraqlarının olduğunu da unutmamalıyıq. Həmçinin bölgədə İran faktoru ilə bağlı amillər nəzərə alınmalıdır. Bu bölgənin gələcəyi ilə bağlı vəziyyəti müzakirə etmək müvafiq qərarların qəbul edilməsi ilə nətəcələnə bilər.
"İndiki şəraitdə Rusiya və Aİ-nin, o cümlədən ABŞ-ın Qafqazda ortaq maraqlardan çıxış edərək addımlar ata biləcəyi bir qədər çətin görünür. Çünki münqaişə tərəfləri arasında uzun müddət vasitəçilik edən ATƏT-in Minsk Qrupu artıq mövcud deyil. Azərbaycan Prezidenti bu vasitəçilik missiyasına artıq öz münasibətini bildirib. Xüsusilə də Fransanın tutduğu qərəzli yanaşma şəraitində onun Minsk Qrupu çərçivəsində vasitəçi kimi çıxış etməsi mümkün deyil. Digər tərəfdən Ukraynadakı vəziyyət göstərir ki, geosiyasi güc mərkəzləri arasında münasibətlər daha da gərginləşməkdədir", - Manafov deyib.
Politoloq güman etmir ki, bu cür şəraitdə Rusiya Cənubi Qafqazda Qərbə hansısa güzəştlərə gedəcək.
"Ukraynada yaşanan qarşıdurmanın müqəddəratına aydınlıq gətirilmədən Rusiyanın Cənubi Qafqazla bağlı məsələdən geri çəkiləcəyi və Qərbin istəklərini nəzərə alacağı bir qədər müəmmalı görünür", - deyə politoloq fikirlərini yekunlaşdırıb.