Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Aİ missiyasına üzərinə düşən funksiyalar heç də sülh məramı ilə uzlaşmır - politoloq

© Photo : MFA AzerbaijanAİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Politoloq Tofiq Abbasov bildirib ki, bu missiyanın ərsəyə gəlməsində kimlərin rolu olmasını diqqətdən kənar qoymaq olmaz.
BAKI, 26 fevral — Sputnik. Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Bu fikir fevralın 21-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı səsləndirilib.
Cənubi Qafqazda Rusiya və Aİ-nin maraqları toqquşur. Rusiya tərəfi hesab edir ki, Aİ mülki missiyasının regionda fəaliyyəti Azərbaycan-Ermənistan arasında sülh danışıqları üzrə nizamlanma prosesinə mane törədə bilər. Belə bir yanaşma düemək olar ki, Azərbaycan tərəfindən də səsləndirilir. Xüsusən də Aİ-nin Ermənistana gəlmiş mülki missiyasının tərkibinə Fransanın keçmiş jandarmetiya əməkdaşlarının da daxil olmasını da nəzərə alsaq, Azərbaycanın narahatlığı anlaşılandır.Daha doğrusu Azərbaycanın narahatlığı bu missiyanın bölgədə birtıərəfli yanaşma sərgiləyərək Ermənistanın maraqlarını müdafiəçisi qismində çıxış etmək niyyətini anlamasından irəli gəlir.
Bəs bölgədə Azərbaycan və Rusiya tərəfindən arzuolunmaz hesab edilən Aİ mülki missiyasının taleyi necə olacaq?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb.
Politoloqun sözlərinə görə, bu missiyanın yerləşdirilməsində özbaşınalıq elementləri mövcuddur: "Bəli, bu missya ilıə bağlı Azərbaycana məlumat verilib, ancaq Azərbaycanın buna razılığı yox idi. Azərbaycan Prezidenti İlham Əliyev aydın şəkildə bildirdi ki, o missiyanın Azərbaycan ərazisində işi yoxdur. Azərbaycan tərəfi faktiki olaraq onlar üçün yolu bağlayıb. Bu Ermənistanın təhdidçi təşəbbüsü ilə həyata keçirilirsə, bundan nə gözləmək olar? Təsadüfi deyil ki, Rusiya Federasiyası da bu missiyaya mənfi münasibət bəsləyir. Hazırkı şəraitdə bu missiyanın fəaliyyətinin heç bir səmərəsi ola bilməz".
Politoloq qeyd edib ki, bu missiyanın ərsəyə gəlməsində kimlərin rolu olmasını diqqətdən kənar qoymaq olmaz: "Əvvəlcə bunun adını mülki missiya qoymuşdular, ancaq indi görürük ki, onun tərkibinə həm keçmiş, həm də indi fəaliyyətdə olan hərbçilər daxildir. Həmin şəxslərin bu missiyada hansı vəzifələri icra etməsi sual doğurur. Çox güman ki, burada söhbət kəşfiyyat işlərindən gedir. Xüsusilə də nəzərə alsaq ki, Qərb birliyi - Aİ və ABŞ Cənubi Qafqazdan Rusiyanı çxıarmaq üçün ciddi-cəhdlə çalışırlar. Deməli, bu missiyanın üzərinə düşən funksiyalar heç də sülhməramı ilə uzlaşmır. Hesab edirəm ki, bu missiya regiona gərginlikdən başqa bir şey gətirməyəcək".
"Biz görürük ki, Ermənistan dövlətinin siyasəti manipulyativ xarakter kəsb edir. Onlar durmadan təxribatlar, gərginlik ocaqları yaratmaq istəyirlər. Bir halda ki, onlar revanşist fikirlərdən uzqlaşmayıblar, deməli dayanmadan prosesə əngəllər yaratmağa çalışacaqlar. Mən bu mülki missiya adı ilə gəlmiş müşahidəçilərin bu mənfur işlərə "töhfə" verəcəklərinə də təəccüblənmərəm", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0