CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmirlər - MM-də etiraz

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Deputat Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlərdən bu problemlərə aydınlıq gətirmələrini istəyib.
BAKI, 24 fevral-Sputnik. "Ölkə boyu 2007-ci ilədək verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. Vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmirlər. Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə"nin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
O bildirib ki, tam məskunlaşdırılmış kənd təsərrüfatı və örüş sahələrində sənədləşdirmə işləri də aparmaq olmur və əsas kimi 1963-cü ilin sovet xəritəsi götürülür: "Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə olunmuş torpaqlar belə örüş sahəsi kimi gedir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, düz kəndin və ya digər yaşayış massivlərinin ortasında 2-3 hektarlıq yerdə örüş sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa sabit qalsın".
Onun sözlərinə görə, rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır: "Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın, necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər".
Digər bir məsələdən danışan deputat bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır: "Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır. Amma əminəm ki, onlar çox gözəl bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə də var. Çünki konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs, onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyirlər ki, yəqin ki, oyunlar 360 manatın başındadır? Olmaz axı belə".
Torpaq sürüşmələri haqqında danışan deputat söyləyib ki, vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun koordinatları dövlət aktında, çıxarışda qeyd edilib: "Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır. Elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak Məsələləri Dövlət Xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də edilən müraciətlər həddindən artıqdır".
Xəbər lenti
0