https://sputnik.az/20230224/siyavus-novruzov-qebiristanliqlar-belediyyelere-verilmelidir-452100644.html
Siyavuş Novruzov: Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir
Siyavuş Novruzov: Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir
Sputnik Azərbaycan
Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi... 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T13:52+0400
2023-02-24T13:52+0400
2023-02-24T13:52+0400
siyavuş novruzov
cəmiyyət
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 24 fevral-Sputnik. "Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə"nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: "Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaqr". O əlavə edib ki, bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik. Bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formada edə bilmələri üçün bu addımı atmalıyıq. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilib. Qərara görə, yerli icra hakimiyyəti orqanları bu Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 ay müddətində təhvil verilməsini təmin etməlidirlər. Qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, bələdiyyə
siyavuş novruzov, bələdiyyə
Siyavuş Novruzov: Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir
Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır.
BAKI, 24 fevral-Sputnik. "Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə"nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: "Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaqr".
O əlavə edib ki, bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik. Bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formada edə bilmələri üçün bu addımı atmalıyıq.
"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilib. Qərara görə, yerli icra hakimiyyəti orqanları bu Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 ay müddətində təhvil verilməsini təmin etməlidirlər.
Qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazidir.