Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi "Elektron Epikriz" altsistemi hazırlayıb

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
2023-cü ildən etibarən "Elektron Epikriz" səhiyyə işçiləri üçün əlçatandır və göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyi və keyfiyyətinin artırılması üçün nəzərdə tutulub.
BAKI, 24 fevral — Sputnik. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş səhiyyənin transformasiyası təşəbbüsü çərçivəsində və rəqəmsal sağlamlıq vasitələrinin tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vahid Səhiyyə İnformasiya sisteminin "Elektron Epikriz" altsistemi hazırlanıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ildən etibarən "Elektron Epikriz" səhiyyə işçiləri üçün əlçatandır və göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyi və keyfiyyətinin artırılması üçün nəzərdə tutulub. Sistem vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid elektron reyestrinin yaradılması, aparılması və saxlanılmasını təmin etməklə məlumat sorğuları əsasında fərdi tibbi məlumatların axtarışını və verilməsini standartlaşdırmağa imkan verir. Bu həmçinin tibb işçilərinin işini xeyli asanlaşdıracaq, rutin kağız işini avtomatlaşdıracaq və xəstəliklə bağlı retrospektiv məlumatların olmaması səbəbindən həkim səhvi ehtimalını minimuma endirəcək.
Elektron epikriz həkimin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir və tezliklə vətəndaşların "e-Səhiyyə" şəxsi kabinetində və mobil tətbiqində istifadəyə veriləcək. Çap edilmiş sənədin həqiqiliyini üzərindəki QR-kodu vasitəsilə yoxlamaq mümkündür.
Ölkənin səhiyyə praktikasına "Elektron epikriz" altsisteminin tətbiqi tibbi yardımın göstərilməsinin informasiya təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Rəqəmsal səhiyyənin vahid platformasına mərhələli keçid prosesində elektron epikriz tibbi məlumatların rəqəmsal ekosisteminin ayrılmaz hissəsinə çevriləcək. Həmin məlumatların əsasında rəqəmsal tibbi statistika, həkim qərarların qəbuluna dəstək sistemlərini qurmaq imkanı, o cümlədən süni intellekt texnologiyalarının istifadəsi və sənayedə idarəetmə qərarlarının həyata keçirilməsi üçün analitikanın qurulmasında mühüm rol oynayacaq.
Xəbər lenti
0