https://sputnik.az/20230224/qaxda-qarin-qalinligi-1-metre-catib-452090241.html
Qaxda qarın qalınlığı 1 metrə çatıb
Qaxda qarın qalınlığı 1 metrə çatıb
Sputnik Azərbaycan
Azərbaycanın regionlarına güclü qar yağıb, bəzi yerlərdə havanın temperaturu mənfi 14 dərəcəyədək düşüb. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T10:01+0400
2023-02-24T10:01+0400
2023-02-25T22:19+0400
qar
qaxda qar
qax
sarıbaş
sarıbaş kəndi
hadisə
https://cdnn1.img.sputnik.az/img/40890/62/408906269_0:52:1000:615_1920x0_80_0_0_fb6273b5da0452d19db672e3544cc765.jpg
BAKI, 24 fevral - Sputnik. Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.Azərbaycanın Qərb bölgəsinin də dağlıq rayonlarına güclü qar yağıb. Ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.Ötən gün günorta saatlarından başlayaraq şimal bölgəsində də hava şəraiti kəskin pisləşib.Regiona qar yağmağa başlayıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 18 sm, Xaltan 12 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 7 sm olub.Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarda 8 sm, rayonun Ləzə kəndində isə 15 sm qar müşahidə olunub.Şabranda 5 sm və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 14 dərəcəyədək enib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40890/62/408906269_56:0:945:667_1920x0_80_0_0_5ed2a8ad8dbdc0d7db18b95fd6eef494.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qar, qaxda qar, qax, sarıbaş, sarıbaş kəndi
qar, qaxda qar, qax, sarıbaş, sarıbaş kəndi
Qaxda qarın qalınlığı 1 metrə çatıb
10:01 24.02.2023 (Yenilənib: 22:19 25.02.2023) Azərbaycanın regionlarına güclü qar yağıb, bəzi yerlərdə havanın temperaturu mənfi 14 dərəcəyədək düşüb.
BAKI, 24 fevral - Sputnik. Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.
Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.
Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.
Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.
Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.
Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.
Azərbaycanın Qərb bölgəsinin də dağlıq rayonlarına güclü qar yağıb. Ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.
Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.
Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Ötən gün günorta saatlarından başlayaraq şimal bölgəsində də hava şəraiti kəskin pisləşib.
Regiona qar yağmağa başlayıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 18 sm, Xaltan 12 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 7 sm olub.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarda 8 sm, rayonun Ləzə kəndində isə 15 sm qar müşahidə olunub.
Şabranda 5 sm və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 14 dərəcəyədək enib.