https://sputnik.az/20230224/psoriaza-qarsi-preparat-alkoqolizmle-mubarizeye-de-komek-edir-452061854.html
Psoriaza qarşı preparat alkoqolizmlə mübarizəyə də kömək edir?
Psoriaza qarşı preparat alkoqolizmlə mübarizəyə də kömək edir?
Sputnik Azərbaycan
Təcrübə 11 gün davam edib və nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T08:33+0400
2023-02-24T08:33+0400
2023-02-24T08:33+0400
xəstəlik
dünya xəbərləri
alkoqol aludəçiləri
preparat
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452081335_0:240:2048:1392_1920x0_80_0_0_309ca54b530cbdabaa4229bb6052d94e.jpg
BAKI, 24 fevral — Sputnik. "Oregon" Universitetinin alimləri hesab edirlər ki, dəri xəstəliklərinin müalicəsi üçün olan preparatlar, məsələn, psoriaza qarşı dərman vasitələri spirtli içki asılılığı ilə mübarizədə də "perspektivli" müalicə ola bilər. Bu barədə "Journal of Clinical Investigation" jurnalında yazı dərc olunub.Söhbət tərkibində apremilast olan preparatlardan gedir. Bu molekul iltihab mediatorlarının işini modullaşdırır, bu da iltihab reaksiyasının azalmasına səbəb olur.Tədqiqatçılar maddənin spirtli içkiyə qarşı mübarizəsində də kömək edəcəyini hesab ediblər. Öz fərziyyələrini yoxlamaq üçün bu işin tədqiqatçıları maddə ilə bir sıra təcrübələr aparıblar.Həkimlərin bu sınağı həddindən artıq içkiyə meyilli genetik riski olan iki siçanın üzərində aparıblar. Hər bir halda apremilast spirtli içkiyə olan meyli azaldıb.Bu, maddənin bitişik nüvədə aktivliyin artmasına səbəb olması ilə bağlıdır. Beynin bu sahəsi həzz, gülüş, asılılıq, aqressiya, qorxu və plasebo effektinin formalaşmasında iştirak edir.Tədqiqatçılar daha sonra bu sınağı 51 spirtli içkidən əziyyət çəkən insanlar üzərində aparıblar. Təcrübə 11 gün davam edib. Nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib: apremilast qəbul edən xəstələrin spirtli içkiyə olan asılılığı yarıdan çox azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452081335_0:48:2048:1584_1920x0_80_0_0_2afa3da594cf1db55242033885299667.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəlik, alkoqol aludəçiləri, preparat
xəstəlik, alkoqol aludəçiləri, preparat
Psoriaza qarşı preparat alkoqolizmlə mübarizəyə də kömək edir?
Təcrübə 11 gün davam edib və nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib.
BAKI, 24 fevral — Sputnik. "Oregon" Universitetinin alimləri hesab edirlər ki, dəri xəstəliklərinin müalicəsi üçün olan preparatlar, məsələn, psoriaza qarşı dərman vasitələri spirtli içki asılılığı ilə mübarizədə də "perspektivli" müalicə ola bilər. Bu barədə "Journal of Clinical Investigation" jurnalında yazı dərc olunub.
Söhbət tərkibində apremilast olan preparatlardan gedir. Bu molekul iltihab mediatorlarının işini modullaşdırır, bu da iltihab reaksiyasının azalmasına səbəb olur.
Tədqiqatçılar maddənin spirtli içkiyə qarşı mübarizəsində də kömək edəcəyini hesab ediblər. Öz fərziyyələrini yoxlamaq üçün bu işin tədqiqatçıları maddə ilə bir sıra təcrübələr aparıblar.
Həkimlərin bu sınağı həddindən artıq içkiyə meyilli genetik riski olan iki siçanın üzərində aparıblar. Hər bir halda apremilast spirtli içkiyə olan meyli azaldıb.
Bu, maddənin bitişik nüvədə aktivliyin artmasına səbəb olması ilə bağlıdır. Beynin bu sahəsi həzz, gülüş, asılılıq, aqressiya, qorxu və plasebo effektinin formalaşmasında iştirak edir.
Tədqiqatçılar daha sonra bu sınağı 51 spirtli içkidən əziyyət çəkən insanlar üzərində aparıblar. Təcrübə 11 gün davam edib. Nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib: apremilast qəbul edən xəstələrin spirtli içkiyə olan asılılığı yarıdan çox azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.