SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis: Bu bəyannamə ilə münasibətlərimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
43 bənddən ibarət olan Bəyannamədə Azərbaycan ilə Rusiya arasında olan qarşılıqlı münasibətlərin müxtəlif sahələri qeyd olunub, həmin sahələrin inkişafı və müvafiq öhdəliklərin icrası istiqamətləri aydın şəkildə müəyyən edilib.
BAKI, 24 fevral — Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan dövlətlərarası münasibətlər hər zaman strateji tərəfdaşlıq elementləri ilə səciyyələnib. Bugünədək iki ölkə arasında 200-dən artıq rəsmi sənədin imzalanması buna bariz nümunədir. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisdən məlumat verilib.
2022-ci ilin fevralın 22-da Moskvada Azərbaycan Respublikasının Prezidenti va Rusiya Federasiyasının Prezidenti tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ilə dövlətlərimiz arasında olan münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb, müttəfiqlik formatında təşəkkül tapıb.
43 bənddən ibarət olan Bəyannamədə Azərbaycan ilə Rusiya arasında olan qarşılıqlı münasibətlərin müxtəlif sahələri qeyd olunub, həmin sahələrin inkişafı və müvafiq öhdəliklərin icrası istiqamətləri aydın şəkildə müəyyən edilib.
Bəyannamənin bir sıra bəndlərinin siyasi əhəmiyyəti olduqca böyükdür. Məsələn, 1- ci bəndə əsasən hər iki tərəf öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövIüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və уа güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurduqlarını bəyan ediblər.
Daha vacib məqam isa bəyannamənin 11-ci bəndində əks etdirilib. Burada qeyd olunur ki, Rusiya Federasiyası va Azərbaycan Respublikası öz ərazilərində təşkilatların va şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövIüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
Beləliklə, bəyannamənin məzmununun səthi təhlilindən aydın olur ki, imzalanmış sənəd Azərbaycan Respublikasının maraq və mənafelərinə, eləcə də, hamılıqla qəbul edilmiş beynalxalq hüququn ümumi prinsip va normalarına uyğundur.
Əlavə olaraq məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Moskva bəyannaməsinə охşar və digər siyasi-hüquqi sənədləri əvvəllər də ауrı-ауrı ölkələrlə imzalanıb. Məsələn, 2005-ci il mayın 24-də Bakı şəhərində "Azərbaycan Respublikası va Qazaxıstan Respublikası arasında strateji tarafdaşlıq və müttəfiqlik münasibətləri haqqında" müqavilə, 2021-ci il iyunun 15-də Şuşa şəhərində "Azərbaycan Respublikası ila Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalanıb.
Xəbər lenti
0