CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər arasında sorğu keçirsək, heç kim bələdiyyədə işləmək istəməyəcək - deputat

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Deputat xatırladıb ki, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb. Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatalar aparmaq labüddür.
BAKI, 24 fevral - Sputnik. "Bu gün gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar arasında əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq. Ancaq heç kim bələdiyyədə işləmək istəyirəm deməyəcək. Bax, cəmiyyətdə bələdiyyələrə qoyulan hörmət və nüfuz budur".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı deputat Kamran Bayramov deyib.
Deputat xatırladıb ki, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb: "Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatalar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır".
Ədliyyə nazirinin müavini Vilayət Zahirov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" ilə bağlı səsləndirilən təkliflərə cavabında deyib ki, bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq.
Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir: "Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər".
Xatırladaq ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasında təqdim edib.
Müzakirələrdən sonra məruzə qəbul edilib.
Xəbər lenti
0