https://sputnik.az/20230224/gencede-5-6-mertebeden-hundur-binalarin-tikilmesi-qadagan-edilmelidir---deputat-452096945.html
Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir - DEPUTAT
Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir - DEPUTAT
Sputnik Azərbaycan
Naqif Həmzəyev bildirib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T13:34+0400
2023-02-24T13:34+0400
2023-02-24T13:34+0400
gəncə
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42365/28/423652864_0:0:3069:1726_1920x0_80_0_0_5077cada24893b66625400fada4e5b9d.jpg
BAKI, 24 fevral-Sputnik. "Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. Naqif Həmzəyev deyib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır: "Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, tikinti şirkətləri daha çox pul qazanmaq naminə vətəndaşları təhlükəyə atmayacaqlar". Deputat əlavə edib ki, tikinti şirkətləri mənzilləri tam təmir edib sonra satışa çıxarmalıdırlar. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 43 556 nəfər ölüb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib ki, seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. O bildirib ki, Azərbaycan özü seysmik baxımdan aktiv bölgədə yerləşir və vaxtaşırı bizim ərazimizdə də hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir: "Kiçik maqnitudalı zəlzələlərin baş verməsi bir növ daha böyük maqnitudalı zəlzələlərin baş verməsinin qarşısını alır. Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. Yəni insanların bu zəlzələlərdən narahat olmasına gərək yoxdur. Hər iki zəlzələ hiss olunmayıb. Sadəcə beynəlxalq qaydalara görə, maqnitudası 3 və 3 dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir". Qeyd edək ki, fevralın 22-də İmişli və Lerikdə zəlzələ baş verib və zəlzələlər hiss olunmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/28/423652864_281:0:3012:2048_1920x0_80_0_0_af1bd8238d646fa422a909252f84f770.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gəncə
Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir - DEPUTAT
Naqif Həmzəyev bildirib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır.
BAKI, 24 fevral-Sputnik. "Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.
Naqif Həmzəyev deyib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır: "Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, tikinti şirkətləri daha çox pul qazanmaq naminə vətəndaşları təhlükəyə atmayacaqlar".
Deputat əlavə edib ki, tikinti şirkətləri mənzilləri tam təmir edib sonra satışa çıxarmalıdırlar.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 43 556 nəfər ölüb.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib ki, seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır.
O bildirib ki, Azərbaycan özü seysmik baxımdan aktiv bölgədə yerləşir və vaxtaşırı bizim ərazimizdə də hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir: "Kiçik maqnitudalı zəlzələlərin baş verməsi bir növ daha böyük maqnitudalı zəlzələlərin baş verməsinin qarşısını alır. Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. Yəni insanların bu zəlzələlərdən narahat olmasına gərək yoxdur. Hər iki zəlzələ hiss olunmayıb. Sadəcə beynəlxalq qaydalara görə, maqnitudası 3 və 3 dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir".
Qeyd edək ki, fevralın 22-də İmişli və Lerikdə zəlzələ baş verib və zəlzələlər hiss olunmayıb.