https://sputnik.az/20230224/dovlet-xidmetinin-trendyolla-bagli-haqsiz-reqabet-sohbeti-olkeni-silkeledi-452105105.html
Dövlət Xidmətinin "Trendyol"la bağlı "haqsız rəqabət" söhbəti ölkəni silkələdi
Dövlət Xidmətinin "Trendyol"la bağlı "haqsız rəqabət" söhbəti ölkəni silkələdi
Sputnik Azərbaycan
Natiq Cəfərli bildirib ki, bu dövlət qurumunun bazarın 1/3-nə nəzarət edən şirkətlərdə qiymət formalaşmasını araşdırmağa səlahiyyəti çatır. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T17:20+0400
2023-02-24T17:20+0400
2023-02-24T17:20+0400
"trendyol" markası
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41357/78/413577829_0:160:3077:1890_1920x0_80_0_0_837f96a1dce6ebe0fb728bfb0efbee7a.jpg
BAKI, 24 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndəsi Cavid Süleymanlının Azərbaycanda məşhur onlayn alış-veriş platformalarından olan "Trendyol"la bağlı dünən səsləndirdiyi açıqlama əhali arasında narahatlığa səbəb olub. Qurumun rəsmisinin Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol"a qarşı tədbirlər görə biləcəyini deməsi, sosial şəbəkələrdə geniş rezonans doğurub. "Trendyol" istifadəçiləri o qənaətdədirlər ki, əsl haqsız rəqabət sözügedən onlayn alış-veriş platformasının fəaliyyətinə məhdudiyyətlərin tətbiqindən sonra başlayacaq. "Trendyol"a qarşı tədbir görüləcək? Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı ötən gün "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxışı zamanı deyib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. "Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi", - deyə baş məsləhətçi bildirib. Bu məsələ əhalinin xüsusilə aztəminatlı təbəqəsini büdcəsinə təsir edəcəyindən, artıq narahatlıqlar baş qaldırıb. Artıq dünəndən Dövlət Xidməti rəsmisinin "Trendyol" vasitəsilə ölkəmizə məhsulların gətirilməsinə qarşı çıxışı sosial platformada sərt qınaqla qarşılanıb. "Dövlət qurumunun bu açıqlaması inhisarçıların marağına xidmət edir" İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AİBNDX-nın "Trendyol"la bağlı bu açıqlaması göstərir ki, bu qurum nə işlə məşğul olmalı olacağını dəqiq bilmir. N. Cəfərlinin sözlərinə görə, dövlət qurumunun səlahiyyətlisinin açıqlamasında həddindən artıq absurd və anormal iddialar var. Onun sözlərinə görə, bu rəsmi açıqlama Dövlət Xidmətinin fəaliyyətinə aid olmayan işlə məşğul olduğuna əsas verir. İqtisadçı bildirib ki, AİBNDX bazarın 33 faizindən yuxarısına nəzarət edən şirkətlərlə məşğul olmalıdır. "Qanunvericilikdə də göstərilib ki, bu dövlət qurumunun bazarın 1/3 ə nəzarət edən şirkətlərdə qiymət formalaşmasını araşdırmağa səlahiyyəti çatır. Bəyəm "Trendyol" bazarın 1/3-nə nəzarət edir? Təbii ki, yox! "Trendyol" nəinki bazarın 1/3-nə, bəlkə də heç 5-10 faizinə nəzarət etmir". N.Cəfərli onu da qeyd edib ki, "Trendyol"la məhsul sifariş edən şəxslərin qanunla aylıq 300 ABŞ dolları mal sifariş vermək hüququ var. Əvvəl isə bu rəqəm 1000 manat idi: "Hər bir vətəndaş ay ərzində 300 dollar limitə qədər məhsul sifariş edə bilər. Onlar məhsullar üçün yol və digər xərclərin də ödənişlərini edirlər. Bu da antiinhisar qanunvericiliyinin nəzarət mexanizminə aid olmayan bir məsələdir". Həmsöhbətimiz deyir ki, onlayn alış-verişə marağın artması ölkəmizdə kiminsə biznes marağına toxuna bilər. Bu halda "Trendyol"a qadağalar tətbiq etməkdənsə, pərakəndə ticarət şəbəkələri özlərinin qiymət siyasətinə və kampaniyalarına diqqət yetirməlidirlər ki, vətəndaşlar üçün daha cəlbedici olsun. Ekspert bildirib ki, faktiki olaraq dövlət qurumunun bu açıqlaması inhisarçıların marağına xidmət edir. Bu isə nəticədə bazarda inhisarçıların qiyməti diktə etməsinə imkan yaradacaq. "Bu açıqlamadan da görünür ki, Dövlət Xidməti öz səlahiyyətlərinin əksini həyata keçirir. Qurumun bu açıqlaması azad bazar rəqabətinə və Azərbaycan qanunlarına uyğun deyil. Azərbaycan vətəndaşlarının qanunla daha ucuz və keyfiyyətli mal almaq hüququ var. Bunu haradan alacağına müştəri özü qərar verir. İstəyər məhsulu onlayn sifarişlə alar, istəyər də yerli bazardan alar. Qurumun onlayn alış-verişə məhdudiyyət qoyması Dövlət Xidmətinə başucalığı göstərmir" , - deyə iqtisadçı bildirib. N.Cəfərlinin sözlərinə görə, bu gün dərman sektorunda elə şirkətlər var ki, ölkənin dərman bazarının yarısına nəzarət edir. Dövlət Xidmətinin həmin şirkətlərlə məşğul olmaq əvəzinə onlayn alış-verişə məhdudiyyətlər qoyması doğru deyil: "AİBNDX vətəndaşlardan daxil olan şikayətlərə, siqnallara baxmalıdır. Qurumun adi vətəndaşların şəxsi istehlakı üçün sifariş etdiyi məhsullara qarışması düzgün deyil". Karqo şirkətlərinə "Trendyol"a bağlı qadağa qoyula bilər? İqtisadçı deyir ki, hətta vətəndaşların onlayn yolla ayda 300 dollarlıq mal sifariş verib bəyənmədikdə onu satması da normaldır:"Dövlət Xidmətinin bəhanəsi ondan ibarətdir ki, bəzi insanlar oradan sifariş verib həmin məhsulları Azərbaycanda satırlar. Bu da absurd yanaşmadır. Dövlət orqanlarının buna qarışmağa hər hansı hüququ yoxdur. Tutaq ki, mən gedib mağazadan köynək alaram, bir müddət sonra isə rəngi, ya forması xoşuma gəlmədiyindən fikrimi dəyişib o məhsulu kiməsə satıram. Bunun hökümətə nə aidiyyatı var? Belə aydın olur ki, dövlət hər birimizin başının üzərinə nəzarətçi qoymalıdır ki, birdən biz 5 manata aldığımız məhsulu sabah haradasa satarıq? Bu absurd yanaşmadır". Ekspert qeyd edib ki, Dövlət Xidmətinin Azərbaycanda "Trendyol"a məhdudiyyət qoymağa ixtiyarı yoxdur:"Bu, qanunla mümkün deyil, amma Azərbaycandır da, reallıqlar var. Tapşırıq gələ bilər ki, karqo şirkətləri "Trendyol"dan heç nə gətirməsin, vəssalam. Belə qeyri-qanuni və absurd inzibati yolla bu işi görə bilərlər. İqtisadi və hüquqi məsələləri kənara qoysaq, bu, həm də mədəni məsələdir. "Trendyol" qardaş ölkə dediyimiz Türkiyənin şirkətidir. Necə olur ki, qardaş Türkiyənin şirkətinə belə problem yaratmaq istəyirlər?". Deputat da “Trendyol”a məhdudiyyəti tənqid etdi Milli Məclisin deputatı Vüqar Bayramov da sözügedən problemə münasibət bildirib. "“Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın hardansa məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər", - deyə millət vəkili qeyd edib. Haqsız rəqabətə gəldikdə isə V. Bayramov bildirib ki, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil. Onun sözlərinə görə, qadağalar heç bir halda güclü rəqabət yaratmır:"Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb". Ajiotaja səbəb olan çıxışla bağlı daha bir açıqlama “Trendyol” la bağlı açıqlama ajiotaja səbəb olduqdan sonra Cavid Süleymanov yenidən açıqlama verib. O, bildirib ki, səsləndirdiyi tədbirlər hazırda müzakirə edilmir, sadəcə bunlar bu istiqamətdə beynəlxalq praktikada mövcud olan nümunələrdir: "Azərbaycanda bunu gözləyirik, bu barədə mövqeyimiz var, daxili müzakirəyə çıxarılıb. Bu istiqamətdə rəy-təklifimiz olmayıb. Sadəcə gələcəkdə əgər bu sahədə rəqabət narahatlıqları olduğuna dair siqnallar böyüyərsə, biz də hər hansı tənzimləyici tədbir görsək, beynəlxalq praktikadakı tədbirlərdən istifadə edə bilərik, deyə məqaləmizdə qeyd edilib". Xidmət nümayəndəsi bildirib ki, hal-hazırda dövlət xidmətinin belə bir mövqeyi və ya hökumətə bu barədə rəy və ya təklifi yoxdur. "Bu bazarda yarana biləcək rəqabət pozucu siqnallara qarşı bir requlyativ təklifdir və elmi jurnala göndərilmiş bir fikirdir. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil", - deyə xidmət nümayəndəsi bildirib. Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər. Xatırladaq ki, 2020-ci ildə Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətiriləın malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir (buna qədər bu məbləğ 1000 ABŞ dollar təşkil edirdi).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41357/78/413577829_172:0:2903:2048_1920x0_80_0_0_90ed19c512eaed63e3ed95bf79a2f956.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"trendyol" markası
Dövlət Xidmətinin "Trendyol"la bağlı "haqsız rəqabət" söhbəti ölkəni silkələdi
Natiq Cəfərli bildirib ki, bu dövlət qurumunun bazarın 1/3-nə nəzarət edən şirkətlərdə qiymət formalaşmasını araşdırmağa səlahiyyəti çatır.
BAKI, 24 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndəsi Cavid Süleymanlının Azərbaycanda məşhur onlayn alış-veriş platformalarından olan "Trendyol"la bağlı dünən səsləndirdiyi açıqlama əhali arasında narahatlığa səbəb olub. Qurumun rəsmisinin Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol"a qarşı tədbirlər görə biləcəyini deməsi, sosial şəbəkələrdə geniş rezonans doğurub. "Trendyol" istifadəçiləri o qənaətdədirlər ki, əsl haqsız rəqabət sözügedən onlayn alış-veriş platformasının fəaliyyətinə məhdudiyyətlərin tətbiqindən sonra başlayacaq.
"Trendyol"a qarşı tədbir görüləcək?
Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı ötən gün "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxışı zamanı deyib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.
"Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu.
Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi", - deyə baş məsləhətçi bildirib.
Bu məsələ əhalinin xüsusilə aztəminatlı təbəqəsini büdcəsinə təsir edəcəyindən, artıq narahatlıqlar baş qaldırıb. Artıq dünəndən Dövlət Xidməti rəsmisinin "Trendyol" vasitəsilə ölkəmizə məhsulların gətirilməsinə qarşı çıxışı sosial platformada sərt qınaqla qarşılanıb.
"Dövlət qurumunun bu açıqlaması inhisarçıların marağına xidmət edir"
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AİBNDX-nın "Trendyol"la bağlı bu açıqlaması göstərir ki, bu qurum nə işlə məşğul olmalı olacağını dəqiq bilmir. N. Cəfərlinin sözlərinə görə, dövlət qurumunun səlahiyyətlisinin açıqlamasında həddindən artıq absurd və anormal iddialar var. Onun sözlərinə görə, bu rəsmi açıqlama Dövlət Xidmətinin fəaliyyətinə aid olmayan işlə məşğul olduğuna əsas verir.
İqtisadçı bildirib ki, AİBNDX bazarın 33 faizindən yuxarısına nəzarət edən şirkətlərlə məşğul olmalıdır.
"Qanunvericilikdə də göstərilib ki, bu dövlət qurumunun bazarın 1/3 ə nəzarət edən şirkətlərdə qiymət formalaşmasını araşdırmağa səlahiyyəti çatır. Bəyəm "Trendyol" bazarın 1/3-nə nəzarət edir? Təbii ki, yox! "Trendyol" nəinki bazarın 1/3-nə, bəlkə də heç 5-10 faizinə nəzarət etmir".
N.Cəfərli onu da qeyd edib ki, "Trendyol"la məhsul sifariş edən şəxslərin qanunla aylıq 300 ABŞ dolları mal sifariş vermək hüququ var. Əvvəl isə bu rəqəm 1000 manat idi: "Hər bir vətəndaş ay ərzində 300 dollar limitə qədər məhsul sifariş edə bilər. Onlar məhsullar üçün yol və digər xərclərin də ödənişlərini edirlər. Bu da antiinhisar qanunvericiliyinin nəzarət mexanizminə aid olmayan bir məsələdir".
Həmsöhbətimiz deyir ki, onlayn alış-verişə marağın artması ölkəmizdə kiminsə biznes marağına toxuna bilər. Bu halda "Trendyol"a qadağalar tətbiq etməkdənsə, pərakəndə ticarət şəbəkələri özlərinin qiymət siyasətinə və kampaniyalarına diqqət yetirməlidirlər ki, vətəndaşlar üçün daha cəlbedici olsun.
Ekspert bildirib ki, faktiki olaraq dövlət qurumunun bu açıqlaması inhisarçıların marağına xidmət edir. Bu isə nəticədə bazarda inhisarçıların qiyməti diktə etməsinə imkan yaradacaq.
"Bu açıqlamadan da görünür ki, Dövlət Xidməti öz səlahiyyətlərinin əksini həyata keçirir. Qurumun bu açıqlaması azad bazar rəqabətinə və Azərbaycan qanunlarına uyğun deyil. Azərbaycan vətəndaşlarının qanunla daha ucuz və keyfiyyətli mal almaq hüququ var. Bunu haradan alacağına müştəri özü qərar verir. İstəyər məhsulu onlayn sifarişlə alar, istəyər də yerli bazardan alar. Qurumun onlayn alış-verişə məhdudiyyət qoyması Dövlət Xidmətinə başucalığı göstərmir" , - deyə iqtisadçı bildirib.
N.Cəfərlinin sözlərinə görə, bu gün dərman sektorunda elə şirkətlər var ki, ölkənin dərman bazarının yarısına nəzarət edir. Dövlət Xidmətinin həmin şirkətlərlə məşğul olmaq əvəzinə onlayn alış-verişə məhdudiyyətlər qoyması doğru deyil:
"AİBNDX vətəndaşlardan daxil olan şikayətlərə, siqnallara baxmalıdır. Qurumun adi vətəndaşların şəxsi istehlakı üçün sifariş etdiyi məhsullara qarışması düzgün deyil".
Karqo şirkətlərinə "Trendyol"a bağlı qadağa qoyula bilər?
İqtisadçı deyir ki, hətta vətəndaşların onlayn yolla ayda 300 dollarlıq mal sifariş verib bəyənmədikdə onu satması da normaldır:
"Dövlət Xidmətinin bəhanəsi ondan ibarətdir ki, bəzi insanlar oradan sifariş verib həmin məhsulları Azərbaycanda satırlar. Bu da absurd yanaşmadır. Dövlət orqanlarının buna qarışmağa hər hansı hüququ yoxdur. Tutaq ki, mən gedib mağazadan köynək alaram, bir müddət sonra isə rəngi, ya forması xoşuma gəlmədiyindən fikrimi dəyişib o məhsulu kiməsə satıram. Bunun hökümətə nə aidiyyatı var? Belə aydın olur ki, dövlət hər birimizin başının üzərinə nəzarətçi qoymalıdır ki, birdən biz 5 manata aldığımız məhsulu sabah haradasa satarıq? Bu absurd yanaşmadır".
Ekspert qeyd edib ki, Dövlət Xidmətinin Azərbaycanda "Trendyol"a məhdudiyyət qoymağa ixtiyarı yoxdur:
"Bu, qanunla mümkün deyil, amma Azərbaycandır da, reallıqlar var. Tapşırıq gələ bilər ki, karqo şirkətləri "Trendyol"dan heç nə gətirməsin, vəssalam. Belə qeyri-qanuni və absurd inzibati yolla bu işi görə bilərlər. İqtisadi və hüquqi məsələləri kənara qoysaq, bu, həm də mədəni məsələdir. "Trendyol" qardaş ölkə dediyimiz Türkiyənin şirkətidir. Necə olur ki, qardaş Türkiyənin şirkətinə belə problem yaratmaq istəyirlər?".
Deputat da “Trendyol”a məhdudiyyəti tənqid etdi
Milli Məclisin deputatı Vüqar Bayramov da sözügedən problemə münasibət bildirib.
"“Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın hardansa məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər", - deyə millət vəkili qeyd edib.
Haqsız rəqabətə gəldikdə isə V. Bayramov bildirib ki, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil. Onun sözlərinə görə, qadağalar heç bir halda güclü rəqabət yaratmır:
"Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".
Ajiotaja səbəb olan çıxışla bağlı daha bir açıqlama
“Trendyol” la bağlı açıqlama ajiotaja səbəb olduqdan sonra Cavid Süleymanov yenidən açıqlama verib. O, bildirib ki, səsləndirdiyi tədbirlər hazırda müzakirə edilmir, sadəcə bunlar bu istiqamətdə beynəlxalq praktikada mövcud olan nümunələrdir:
"Azərbaycanda bunu gözləyirik, bu barədə mövqeyimiz var, daxili müzakirəyə çıxarılıb. Bu istiqamətdə rəy-təklifimiz olmayıb. Sadəcə gələcəkdə əgər bu sahədə rəqabət narahatlıqları olduğuna dair siqnallar böyüyərsə, biz də hər hansı tənzimləyici tədbir görsək, beynəlxalq praktikadakı tədbirlərdən istifadə edə bilərik, deyə məqaləmizdə qeyd edilib".
Xidmət nümayəndəsi bildirib ki, hal-hazırda dövlət xidmətinin belə bir mövqeyi və ya hökumətə bu barədə rəy və ya təklifi yoxdur.
"Bu bazarda yarana biləcək rəqabət pozucu siqnallara qarşı bir requlyativ təklifdir və elmi jurnala göndərilmiş bir fikirdir. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil", - deyə xidmət nümayəndəsi bildirib.
Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.
Xatırladaq ki, 2020-ci ildə Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətiriləın malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir (buna qədər bu məbləğ 1000 ABŞ dollar təşkil edirdi).