CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azəriqaz” sayğaclarının üzərinə "ödənişsizdir" etiketi vurulacaq

© Photo : AzeriGas Production UnionQaz sayğaclarının yoxlanılması
Qaz sayğaclarının yoxlanılması - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
E.Vəliyev bildirir ki, podratçılar abonentlərdən sayğaclara görə ödəniş tələb edirlərsə, rəsmi sənəd tələb edilməlidir.
BAKI, 24 fevral — Sputnik. Son vaxtlar vətəndaşlardan çoxsaylı şikayətlər daxi olur ki, podratçı şirkətlər qaz sayğaclarının quraşdırılmasına görə, 243, 262 manat məbləğində pul istəyirlər.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
E.Vəliyev qeyd edib ki, dəfələrlə məlumat verilib ki, “Azəriqaz” İB əhali kateqoriyasından olan abonentlərə sayğacları ödənişsiz təqdim edir: "Bir daha bəyan edirik ki, "Azəriqaz" İB istehlakçılara satılan qazın qiymətindən başqa heç bir xidmətə görə ödəniş almır. Podratçılar abonentlərdən sayğaclara görə, ödəniş tələb edirlərsə, rəsmi sənəd tələb etsinlər".
O bildirib ki, artıq bununla bağlı rəhbərlik tərəfindən qərar verilib: "Sayğacların üzərinə "sayğaclar ödənişsizdir" etiketi yapışdıracağıq".
E.Vəliyev əlavə edib ki, rəhbərlik səviyyəsində alınan qərara əsasən, yaxın vaxtlarda sayğacların üzərinə "ödənişsizdir" sözləri yazılan etiketlər vurulacaq.
Xəbər lenti
0