Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın 2022-ci il dövlət büdcəsinə vergi daxilolmaları

Abunə olmaq
Ötən il Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 27,9% artaraq 8,1 milyard manata çatıb. Dövlət büdcəsinə vergi daxilolmalarının necə artdığı barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15,5 milyard manat təşkil edib.
Bununla yanaşı, qeyri-neft sektorundan dövlət büdcəsinə vergi daxilolmaları 27,9% artaraq 8,1 milyard manata çatıb.
"Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və biznesin aparılmasının şəffaflığı dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına mühüm töhfə verir", - deyə bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0