Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi artıb

© AFP 2024 / HANNAH MCKAYHəkim
Həkim - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Cari ilin yanvar həyatın yaşam sığortası üzrə ödənişlər isə 4.3 dəfə artaraq 19.5 milyon manata yüksəlib.
BAKI, 24 fevral — Sputnik. 2023-ci ilin yanvar ayı ərzində Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 42.3% artıb.
Mərkəzi Bankın xəbərinə görə, cari ilin yanvar ayı ərzində Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 32.3 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 9.6 milyon manat artıb.
Belə ki, 2022-ci ilin yanvar ayında həyat sığorta şirkətləri 22.6 milyon manat sığorta haqqı toplaya bilib. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 94.1%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 90% təşkil edib.
Cari ilin yanvar həyatın yaşam sığortası üzrə ödənişlər isə 4.3 dəfə artaraq 19.5 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 4.5 milyon manata bərabər olub.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
Xəbər lenti
0