https://sputnik.az/20230224/azerbaycanda-dasinmaz-emlakin-qeydiyyatina-serf-olunan-vaxt-yeddi-defe-azaldilib-452100397.html
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt yeddi dəfə azaldılıb
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt yeddi dəfə azaldılıb
Sputnik Azərbaycan
Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T18:50+0400
2023-02-24T18:50+0400
2023-02-24T18:50+0400
daşınmaz əmlak
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_0:0:3073:1728_1920x0_80_0_0_a2ae6595b1cb626f96491cab08613f8f.jpg
BAKI, 24 fevral — Sputnik. Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsi əsasında dövlət qeydiyyatına alınması sahəsindəki islahatlar nəticəsində prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədri, "Əmlakın qeydiyyatı və icarəsi" işçi qrupunun rəhbərinin müavini Nigar Alimova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusundakı konfransda deyib. O bildirib ki, islahatlar vaxtı diqqət olunan məqamlar prosedurların sayı, xərclər və ödəniş qaydası, sənədlərin hansı qaydada əldə edilməsi və nəhayət sərf olunan vaxtdır: "Əsas hədəf inzibati icra prosedurları minimuma endirərək "bir pəncərə" prinsipinin tətbiqini təmin etmək olub. Bu zaman nəzərdə tutulan məqsədlər optimallaşdırmadan, vahid ödəniş sisteminin tətbiqindən bununla da xərclərin azaldılmasından, xidmətin sadələşdirilməsindən, sənəd kütləsinin azaldılmasından, vaxt itkisinin qarşısının alınmasından ibarət olub" (report). "Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. Belə ki, əgər əvvəl bütün proseslər 4 prosedur və 1 əmlakın hüquqlarının qeydiyyata alınması 7 günə başa gəlirdisə, yeni dəyişikliyə əsasən, bu, bir prosedur olmaqla cəmi 1 gün ərzində həyata keçirilir", - deyə o bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_26:0:2757:2048_1920x0_80_0_0_af478578e6a2b727b78c58c706c86bc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
daşınmaz əmlak
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt yeddi dəfə azaldılıb
Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub.
BAKI, 24 fevral — Sputnik. Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsi əsasında dövlət qeydiyyatına alınması sahəsindəki islahatlar nəticəsində prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədri, "Əmlakın qeydiyyatı və icarəsi" işçi qrupunun rəhbərinin müavini Nigar Alimova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusundakı konfransda deyib.
O bildirib ki, islahatlar vaxtı diqqət olunan məqamlar prosedurların sayı, xərclər və ödəniş qaydası, sənədlərin hansı qaydada əldə edilməsi və nəhayət sərf olunan vaxtdır: "Əsas hədəf inzibati icra prosedurları minimuma endirərək "bir pəncərə" prinsipinin tətbiqini təmin etmək olub. Bu zaman nəzərdə tutulan məqsədlər optimallaşdırmadan, vahid ödəniş sisteminin tətbiqindən bununla da xərclərin azaldılmasından, xidmətin sadələşdirilməsindən, sənəd kütləsinin azaldılmasından, vaxt itkisinin qarşısının alınmasından ibarət olub" (report).
"Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. Belə ki, əgər əvvəl bütün proseslər 4 prosedur və 1 əmlakın hüquqlarının qeydiyyata alınması 7 günə başa gəlirdisə, yeni dəyişikliyə əsasən, bu, bir prosedur olmaqla cəmi 1 gün ərzində həyata keçirilir", - deyə o bildirib.