Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Yalçın Rzazadənin anım günüdür - VİDEO

© Photo : ATVYalçın Rzazadə, arxiv şəkli
Yalçın Rzazadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Bir çox görkəmli bəstəkarlarımızın - Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Eldar Mansurov kimi bəstəkarların mahnılarının ilk ifaçısı olan xalq artisti kino xəzinəmizi təşkil edən bir çox filmlərə də öz ifası ilə ölməzlik bəxş edib.
BAKI, 23 fevral — Sputnik. Xalq artisti Yalçın Rzazadə aramızda olmasa da, onun ifaları tamaşaçıların qəlbində yaşayır. Onun özünəməxsus ifa tərzi həqiqi sənətkar olduğunun göstəricisidir. Bu gün Azərbaycan musiqi sənətinin ən parlaq nümayəndələrindən biri olan Yalçın Rzazadənin anım günüdür.
Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı onu 1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) gətirir və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirir. 1968-ci ildə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olur və 1973-cü ildə təhsilini fərqlənmə diplomu başa vurur.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək fəaliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun ötən əsrin 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
Oxuduğu orkestrlərdən - Böyük Simfonik və Estrada-Simfonik orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, "Dan Ulduzu" İnstrumental Ansamblı, Əhsən Dadaşov adına "Xatirə" ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər. Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir.
Yalçın Rzazadə1979-cu ildə "Əməkdar artist", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri idi. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0