https://sputnik.az/20230223/turkiyede-zelzele-azerbaycanda-turizme-nece-tesir-edecek-451998565.html
Türkiyədə zəlzələ Azərbaycanda turizmə necə təsir edəcək?
Türkiyədə zəlzələ Azərbaycanda turizmə necə təsir edəcək?
Sputnik Azərbaycan
Dövlət Turizm Agentliyi Azərbaycanın pandemiyadan əvvəl 3 milyon turist qəbul etdiyini, turist axınına hazır olduğunu bildirib. 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T09:32+0400
2023-02-23T09:32+0400
2023-02-23T09:32+0400
zəlzələ
cəmiyyət
turizm
türkiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697632_0:160:3072:1888_1920x0_80_0_0_1cbb97794260275182ff5642fb1ede36.jpg
BAKI, 23 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələnin bu ölkəyə axın edən turistlərin sayını azaldacağı, turistlərin səmt dəyişəcəyi barədə məlumatlar yayılıb. Xəbərlərə görə, zəlzələdən sonra dağıntılar altından çıxardılan insanların turizm bölgələrindəki hotellərə yerləşdirilməsi bu ölkəyə turist axınına təsir edəcək. Türkiyədə zəlzələ xofunun da turistlərin başqa ölkələrə üz tutacağına rəvac verəcəyi bildirilir. Sputnik Azərbaycan Türkiyədə baş verən zəlzələnin Azərbaycanda turizmə necə təsir göstərəcəyini araşdırıb. Azərbaycan turist axınına hazır olmalıdır! "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələki Türkiyəyə turist axınında azalma hiss olunmur. Onun sözlərinə görə, Türkiyədə tur operatorlar xarici turistlərin erkən rezervasiyasını davam etdirirlər. G. Qəhrəmanov bildirib ki, bu məsələ yayda, turizm mövsümündə özünü daha çox biruzə verə bilər: "Hələki tur operatorlar Türkiyənin turizm bölgələrinə tur satmaqda davam edirlər. Yayda istirahət üçün Türkiyəni nəzərdə tutan turistlərin indidən turizm bölgəsini dəyişib-dəyişməyəcəyi barədə qəti fikir söyləmək olmaz. Amma turistlər daha çox təhlükəsiz bölgələrə üz tuturlar". Bununla belə G. Qəhrəmanov bildirib ki, Azərbaycan hər bir halda turist axınına hazır olmalı, ölkəmizə üz tutsacaq turistləri qəbul etmək üçün yetərli sayda hotel sayı olmalıdır: "Mən hər zaman deyirəm ki, Azərbaycanda hotellərin sayı artırılmalıdır. Bu ölkəmizdə turizmin inkişafına təsir edən əsas amillərdəndir". Türkiyəni planlaşdıranlar Azərbaycanı seçə bilərlər Turizm eksperti Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycan turizminə təsiri hiss oluna bilər. Amma ekspert bildirib ki, böyük sayda turistin Azərbaycana axını gözlənilmir: "Türkiyə dünyada ən çox turist qəbul edən 10 ölkə arasındadır. Hər il 60 milyon turist qəbul edir. Zəlzələdən sonra bu rəqəmin qismən azalacağı gözlənilir. Amma Türkiyə hər il turizmindən böyük gəlir əldə edir. Ona görə də, güman edirəm ki, turizm mövsümünə qədər özünə gəlməyə çalışacaq. Bununla belə düşünürəm ki, zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək". C. Aşurov onu da qeyd edib ki, Türkiyədə zəlzələ müddətində erkən rezervasiyalar dayansa da, yenidən bərpa edilib. "Bu isə Türkiyənin turist qəbuluna hazırlaşdığından xəbər verir", - deyə ekspert əlavə edib. Buna rəğmən C. Aşurov vurğulayıb ki, Azərbaycana bu il gələcək turist sayı arta bilər. O, Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım olacağını söyləyib. Bildirib ki, Ukraynada müharibə də Azərbaycana gələn turistlərin sayına təsir edə bilər. Ukraynaya üz tutan turistlər istirahət üçün Azərbaycanı seçə bilərlər. Turizm ekspertinin sözlərinə görə, Türkiyədə baş verən zəlzələ səbəbindən yerli turistlərin daxili turizmə, eləcə də turizmin ucuz olduğu Montoneqro və Gürcüstan kimi ölkələrə üz tutacağı gözlənilir. C. Aşurov onu da bildirib ki, Azərbaycan qarşıdan gələn turizm mövsümünə daha yaxşı hazırlaşmalıdır. O, əlavə edib ki, quru sərhədlərin bağlı qalması Azərbaycana turist axınına mane olan əsas amillərdəndir. Pandemiyadan sonra turist axınını 50 faiz bərpa etmişik Dövlət Turizm Agentliyi isə Azərbaycanın turist axınına hazırlıq səviyyəsi ilə bağlı nikbindir. Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan pandemiyadan əvvəl 3 milyondan çox xarici ziyarətçi qəbul edib. Onun sözlərinə görə, pandemiya baş verməsəydi bu rəqəmin daha da artacağı gözlənilirdi. Agentlik sözçüsü bildirib ki, təkcə ötən il Azərbaycana 1 miyon 600 xarici ziyarətçi gəlib ki, bu 2021 müqayisədə bu 103 faiz artımdır. Pandemiyadan sonra isə Azərbaycan turizm axınını 50 faiz bərpa edib. G. Mustafayeva vurğulayıb ki, Azərbaycanın pandemiyadan əvvəl 3 milyondan çox turist qəbul etməsi təcrübəsi göstərib ki, ölkəmiz turist axınına hazırdır. Ən çox turist Rusiyadan gəlir Məlumat üçün bildirək ki, ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb. Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib. Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Gecə isə Hatayda 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697632_171:0:2902:2048_1920x0_80_0_0_406d215fd8bf0f74f509d94e937ada5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəlzələ, turizm, türkiyə, azərbaycan
zəlzələ, turizm, türkiyə, azərbaycan
BAKI, 23 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələnin bu ölkəyə axın edən turistlərin sayını azaldacağı, turistlərin səmt dəyişəcəyi barədə məlumatlar yayılıb. Xəbərlərə görə, zəlzələdən sonra dağıntılar altından çıxardılan insanların turizm bölgələrindəki hotellərə yerləşdirilməsi bu ölkəyə turist axınına təsir edəcək. Türkiyədə zəlzələ xofunun da turistlərin başqa ölkələrə üz tutacağına rəvac verəcəyi bildirilir.
Sputnik Azərbaycan Türkiyədə baş verən zəlzələnin Azərbaycanda turizmə necə təsir göstərəcəyini araşdırıb.
Azərbaycan turist axınına hazır olmalıdır!
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələki Türkiyəyə turist axınında azalma hiss olunmur. Onun sözlərinə görə, Türkiyədə tur operatorlar xarici turistlərin erkən rezervasiyasını davam etdirirlər. G. Qəhrəmanov bildirib ki, bu məsələ yayda, turizm mövsümündə özünü daha çox biruzə verə bilər: "Hələki tur operatorlar Türkiyənin turizm bölgələrinə tur satmaqda davam edirlər. Yayda istirahət üçün Türkiyəni nəzərdə tutan turistlərin indidən turizm bölgəsini dəyişib-dəyişməyəcəyi barədə qəti fikir söyləmək olmaz. Amma turistlər daha çox təhlükəsiz bölgələrə üz tuturlar".
Bununla belə G. Qəhrəmanov bildirib ki, Azərbaycan hər bir halda turist axınına hazır olmalı, ölkəmizə üz tutsacaq turistləri qəbul etmək üçün yetərli sayda hotel sayı olmalıdır: "Mən hər zaman deyirəm ki, Azərbaycanda hotellərin sayı artırılmalıdır. Bu ölkəmizdə turizmin inkişafına təsir edən əsas amillərdəndir".
Türkiyəni planlaşdıranlar Azərbaycanı seçə bilərlər
Turizm eksperti Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycan turizminə təsiri hiss oluna bilər. Amma ekspert bildirib ki, böyük sayda turistin Azərbaycana axını gözlənilmir: "Türkiyə dünyada ən çox turist qəbul edən 10 ölkə arasındadır. Hər il 60 milyon turist qəbul edir. Zəlzələdən sonra bu rəqəmin qismən azalacağı gözlənilir. Amma Türkiyə hər il turizmindən böyük gəlir əldə edir. Ona görə də, güman edirəm ki, turizm mövsümünə qədər özünə gəlməyə çalışacaq. Bununla belə düşünürəm ki, zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək".
C. Aşurov onu da qeyd edib ki, Türkiyədə zəlzələ müddətində erkən rezervasiyalar dayansa da, yenidən bərpa edilib.
"Bu isə Türkiyənin turist qəbuluna hazırlaşdığından xəbər verir", - deyə ekspert əlavə edib.
Buna rəğmən C. Aşurov vurğulayıb ki, Azərbaycana bu il gələcək turist sayı arta bilər. O, Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım olacağını söyləyib. Bildirib ki, Ukraynada müharibə də Azərbaycana gələn turistlərin sayına təsir edə bilər. Ukraynaya üz tutan turistlər istirahət üçün Azərbaycanı seçə bilərlər.
Turizm ekspertinin sözlərinə görə, Türkiyədə baş verən zəlzələ səbəbindən yerli turistlərin daxili turizmə, eləcə də turizmin ucuz olduğu Montoneqro və Gürcüstan kimi ölkələrə üz tutacağı gözlənilir.
C. Aşurov onu da bildirib ki, Azərbaycan qarşıdan gələn turizm mövsümünə daha yaxşı hazırlaşmalıdır. O, əlavə edib ki, quru sərhədlərin bağlı qalması Azərbaycana turist axınına mane olan əsas amillərdəndir.
Pandemiyadan sonra turist axınını 50 faiz bərpa etmişik
Dövlət Turizm Agentliyi isə Azərbaycanın turist axınına hazırlıq səviyyəsi ilə bağlı nikbindir. Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan pandemiyadan əvvəl 3 milyondan çox xarici ziyarətçi qəbul edib. Onun sözlərinə görə, pandemiya baş verməsəydi bu rəqəmin daha da artacağı gözlənilirdi. Agentlik sözçüsü bildirib ki, təkcə ötən il Azərbaycana 1 miyon 600 xarici ziyarətçi gəlib ki, bu 2021 müqayisədə bu 103 faiz artımdır. Pandemiyadan sonra isə Azərbaycan turizm axınını 50 faiz bərpa edib. G. Mustafayeva vurğulayıb ki, Azərbaycanın pandemiyadan əvvəl 3 milyondan çox turist qəbul etməsi təcrübəsi göstərib ki, ölkəmiz turist axınına hazırdır.
Ən çox turist Rusiyadan gəlir
Məlumat üçün bildirək ki, ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.
2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb.
Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Gecə isə Hatayda 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ olub.