https://sputnik.az/20230223/senator-puskov-cine-abs-i-sanksiyalarla-hedelemeyi-teklif-edib-452080130.html
Senator Puşkov Çinə ABŞ-ı sanksiyalarla hədələməyi təklif edib
Senator Puşkov Çinə ABŞ-ı sanksiyalarla hədələməyi təklif edib
Sputnik Azərbaycan
Puşkovun sözlərinə görə, Pekin Vaşinqtona qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq". 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T17:51+0400
2023-02-23T17:51+0400
2023-02-23T18:07+0400
abş
dünya xəbərləri
pekin
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_0:160:3073:1888_1920x0_80_0_0_d1cf268ca02544420e3ba533e5fc17ef.jpg
BAKI, 23 fevral — Sputnik. Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov Pekini Tayvana silah tədarükünə cavab olaraq Vaşinqtonu sanksiyalarla hədələməyi təklif edib. Bu barədə Rusiya mediası xəbər verib."ABŞ Çinə Rusiyaya silah tədarükü ilə bağlı yenidən xəbərdarlıq edib. Artıq neçənci dəfədir. Çin niyə ABŞ-ı Tayvana silah tədarükü ilə bağlı xəbərdarlıq etməsin? Əgər eşitməsələr, sanksiyalarla hədələyin", - deyə senator öz "Telegram" kanalında yazıb. Puşkov hesab edir ki, belə bir ssenari yaxın gələcəkdə yaxşı nəticə verə bilər. Senatorun sözlərinə görə, Çin ABŞ-a qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq". Xatırladaq ki, bu il fevralın 17-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Çeyz Tayvana səfər edib və bu, ABŞ hərbi departamentinin yüksək rütbəli rəsmisinin 2019-cu ildən bu adaya ilk səfəri olub. Bu arada Pekin Vaşinqtonu "bu gün Ukrayna, sabah Tayvan" ruhunda olan ritorikasından əl çəkməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_170:0:2901:2048_1920x0_80_0_0_a27556aa7b830d3672691eb15e7ad587.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, pekin
Senator Puşkov Çinə ABŞ-ı sanksiyalarla hədələməyi təklif edib
17:51 23.02.2023 (Yenilənib: 18:07 23.02.2023) Puşkovun sözlərinə görə, Pekin Vaşinqtona qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq".
BAKI, 23 fevral — Sputnik. Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov Pekini Tayvana silah tədarükünə cavab olaraq Vaşinqtonu sanksiyalarla hədələməyi təklif edib. Bu barədə Rusiya mediası xəbər verib.
"ABŞ Çinə Rusiyaya silah tədarükü ilə bağlı yenidən xəbərdarlıq edib. Artıq neçənci dəfədir. Çin niyə ABŞ-ı Tayvana silah tədarükü ilə bağlı xəbərdarlıq etməsin? Əgər eşitməsələr, sanksiyalarla hədələyin", - deyə senator öz "Telegram" kanalında yazıb.
Puşkov hesab edir ki, belə bir ssenari yaxın gələcəkdə yaxşı nəticə verə bilər. Senatorun sözlərinə görə, Çin ABŞ-a qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq".
Xatırladaq ki, bu il fevralın 17-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Çeyz Tayvana səfər edib və bu, ABŞ hərbi departamentinin yüksək rütbəli rəsmisinin 2019-cu ildən bu adaya ilk səfəri olub. Bu arada Pekin Vaşinqtonu "bu gün Ukrayna, sabah Tayvan" ruhunda olan ritorikasından əl çəkməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.