CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Regionda sülhün bərqərar olması üçün bütün addımları atırıq - Nazir müavini

© Photo : REPORT IAXarici işlər nazirinin müavini Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov  - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Nazir müavini Serj Sarkisyanın öz etiraflarında ermənilərin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirmək üçün bu cinayəti törətdiklərini etiraf etdiyini diqqətə çatdırıb.
BAKI, 23 fevral — Sputnik. XXI əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövləti Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı cinayəti kimi tanınması üçün çalışır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
Nazir müavini qeyd edib:

"Biz indiyədək Xocalı soyqırımını törədənləri məsuliyyətə cəlb edə bilməmişik. Bu cinayəti keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə ermeni terrorçuları törədiblər. Serj Sarkisyan öz etiraflarında deyib ki, biz Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirmək üçün bu cinayəti törətmişik".

Xələf Xələfov bildirib ki, Azərbaycan Xocalı soyqırımını törədənlərin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsi üçün çalışır.
Xocalı soyqırımının Ermənistanın tarixində qara ləkə olduğunu söyləyən nazir müavini daha sonra bunu deyib:
"Biz regionda sülhün bərqərar olması üçün bütün addımları atırıq. Azərbaycanın sülh siyasəti qalib gələcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0