https://sputnik.az/20230223/ran-terefinden-bezi-sexslerin-qarabag-getirilmesine-izah-verilmeyib---azerbaycan-xn-452064769.html
İran tərəfindən bəzi şəxslərin Qarabağ gətirilməsinə izah verilməyib - Azərbaycan XİN
İran tərəfindən bəzi şəxslərin Qarabağ gətirilməsinə izah verilməyib - Azərbaycan XİN
Sputnik Azərbaycan
Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır. 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T13:14+0400
2023-02-23T13:14+0400
2023-02-23T13:14+0400
siyasət
azərbaycan xin
iran
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 23 fevral — Sputnik. "Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır". Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib. "Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib", - nazir müavini qeyd edib. Xatırladaq ki, ötən ilin dekabrında İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin, iran, qarabağ
azərbaycan xin, iran, qarabağ
İran tərəfindən bəzi şəxslərin Qarabağ gətirilməsinə izah verilməyib - Azərbaycan XİN
Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır.
BAKI, 23 fevral — Sputnik. "Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır". Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
"Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib", - nazir müavini qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.