https://sputnik.az/20230223/qosulmama-herekati-parlament-sebekesi-ile-turkpa-arasinda-memorandum-imzalanib-452073840.html
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında memorandum imzalanıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında memorandum imzalanıb
Sputnik Azərbaycan
Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T16:13+0400
2023-02-23T16:13+0400
2023-02-23T16:13+0400
qoşulmama hərəkatı
siyasət
azərbaycan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443521246_0:98:3293:1950_1920x0_80_0_0_e20039c918794184a1469d1dc2a8dcb2.jpg
BAKI, 23 fevral — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova fevralın 23-də Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Süreyya Eri qəbul edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker bildirib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, Milli Məclis TÜRKPA-ya üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. Parlament Şəbəkəsi üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən yaxşı platformadır. O, şəbəkənin 2021-ci ildə Madriddə keçirilən təsis, ötən il Bakıda keçirilən birinci konfransları, həmçinin, Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib. Spiker TÜRKPA-nın həm təsis, həm də birinci konfransda təmsil olunmasını yüksək qiymətləndirib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir. Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın Baş katibi Süreyya Er imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443521246_281:0:3012:2048_1920x0_80_0_0_0f88ea8424983dc439c4005f3514c60f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qoşulmama hərəkatı, azərbaycan, türkiyə
qoşulmama hərəkatı, azərbaycan, türkiyə
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında memorandum imzalanıb
Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb.
BAKI, 23 fevral — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova fevralın 23-də Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Süreyya Eri qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker bildirib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, Milli Məclis TÜRKPA-ya üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib.
Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. Parlament Şəbəkəsi üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən yaxşı platformadır. O, şəbəkənin 2021-ci ildə Madriddə keçirilən təsis, ötən il Bakıda keçirilən birinci konfransları, həmçinin, Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib. Spiker TÜRKPA-nın həm təsis, həm də birinci konfransda təmsil olunmasını yüksək qiymətləndirib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.
Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın Baş katibi Süreyya Er imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.