CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində yağıntılı hava müşahidə olunacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda qarlı hava, arxiv şəkli
Bakıda qarlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Paytaxtda arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacağı bildirilir.
BAKI, 23 fevral - Sputnik. Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir.
Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0