CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov onlara təcrübə keçəcək

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Nazir müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb.
BAKI, 23 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz BalakişiyevaNihad Mənsimzadəyə təcrübə keçəcək. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iqtisadiyyat naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.
Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar.
İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0