Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi pilotlar təlim-məşq uçuşlarını yerinə yetirib

© AR Ministry of DefenceAzərbaycan hərbi təyyarəsi, arxiv şəkli
Azərbaycan hərbi təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Müdafiə Nazirliyindən bildirilib ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.
BAKI, 23 fevral — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0