https://sputnik.az/20230223/enerji-istehlak-eden-cihazlarin-satisi-ve-istismari-yeni-qaydalarla-heyata-kecirilecek-452061722.html
Enerji istehlak edən cihazların satışı və istismarı yeni qaydalarla həyata keçiriləcək
Enerji istehlak edən cihazların satışı və istismarı yeni qaydalarla həyata keçiriləcək
Sputnik Azərbaycan
Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların... 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T23:15+0400
2023-02-23T23:15+0400
2023-02-23T23:15+0400
enerji
cəmiyyət
elektrik
baş nazir
istehlak
https://cdnn1.img.sputnik.az/img/41471/36/414713652_0:0:2163:1217_1920x0_80_0_0_b88c04088857a212e543421aa895cba7.jpg
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların satışı və istismarı yeni qaydalara əsasən həyata keçiriləcək. Bu Baş nazir Əli Əsədov tərəfindən imzaladığı "Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri"nin təsdiq edilməsi haqqında qərarda nəzərdə tutulub. Qərar "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır. Tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Həmin tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41471/36/414713652_226:0:1935:1282_1920x0_80_0_0_f03b7b36cf56be8042b2f370349bf0e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
enerji, elektrik, baş nazir, istehlak
enerji, elektrik, baş nazir, istehlak
Enerji istehlak edən cihazların satışı və istismarı yeni qaydalarla həyata keçiriləcək
Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların satışı və istismarı yeni qaydalara əsasən həyata keçiriləcək.
Bu Baş nazir Əli Əsədov tərəfindən imzaladığı "Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri"nin təsdiq edilməsi haqqında qərarda nəzərdə tutulub.
Qərar "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
Tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Həmin tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.