https://sputnik.az/20230223/elnur-memmedov-ermenistan-terefinin-uc-vesatetinden-ikisi-mehkeme-terefinden-redd-edilib-452063568.html
Elnur Məmmədov: Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib
Elnur Məmmədov: Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir... 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T12:48+0400
2023-02-23T12:48+0400
2023-02-23T12:48+0400
siyasət
azərbaycan xin
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 23 fevral — Sputnik. "Ermənistan tərəfindən qaldırılan ikinci vəsatət guya Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşlığı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı konkret olaraq həmin ərazinin təbii qazla, elektrik enerjisi ilə təchizatı, sonradan hətta fiberoptik internet təchizatı ilə bağlı qəsdən, qərəzli şəkildə hansısa müdaxilələrin edilməsi və bununla da həmin ərazilərdə yaşayan əhalinin hüquqlarının pozulması ilə bağlıdır". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 23-də keçirilən mətbuat konfransında söyləyib. O, Ermənistan tərəfinin bu iddiaları hələ 2021-ci ilin mart ayından mütəmadi olaraq məhkəmə qarşısında qaldırdığını diqqətə çatdırıb. Nazir müavini söyləyib ki, Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. "Azərbaycanın mövqeyi ondan ibarət olub ki, ilk növbədə, 30 illik işğal dövründə və bu günə kimi həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəliyinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib. Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib", - E.Məmmədov vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin, ermənistan
azərbaycan xin, ermənistan
Elnur Məmmədov: Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib
Nazir müavini bildirib ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur.
BAKI, 23 fevral — Sputnik. "Ermənistan tərəfindən qaldırılan ikinci vəsatət guya Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşlığı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı konkret olaraq həmin ərazinin təbii qazla, elektrik enerjisi ilə təchizatı, sonradan hətta fiberoptik internet təchizatı ilə bağlı qəsdən, qərəzli şəkildə hansısa müdaxilələrin edilməsi və bununla da həmin ərazilərdə yaşayan əhalinin hüquqlarının pozulması ilə bağlıdır". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 23-də keçirilən mətbuat konfransında söyləyib.
O, Ermənistan tərəfinin bu iddiaları hələ 2021-ci ilin mart ayından mütəmadi olaraq məhkəmə qarşısında qaldırdığını diqqətə çatdırıb.
Nazir müavini söyləyib ki, Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib.
"Azərbaycanın mövqeyi ondan ibarət olub ki, ilk növbədə, 30 illik işğal dövründə və bu günə kimi həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəliyinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib. Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib", - E.Məmmədov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.