CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çirkab sular göllərə axır - Problem nə vaxt həll olunacaq?

© Sputnik / Irade JELILKürdəxanında çirkab sular
Kürdəxanında çirkab sular - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Mirsalam Qənbərov məişətdə formalaşan çirkab suların göllərə axıdılmasının bir sıra təhlükələri olduğunu söyləyib.
BAKI, 23 fevral — Sputnik. "Zığ", "Lökbatan", "Qu", "Qırmızıgöl", "Binəqədi", "Xocəsən", "Zabrat", "Bülbülə", "Böyükşor" gölləri axıdılan tullantı suları nəticəsində bu gün çirklənməyə məruz qalıb. Bunu Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.
Qeyd edək ki, kanalizasiya sularının göllərə axıdılması problemi illərdir davam etsə də, hələ də həll olunmayıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda göllərin mütləq əksəriyyəti bu vəziyyətdədir. Onun sözlərinə görə, göllər əsasən məişətdə formalaşan çirkab sulardır. Agentlik sədri deyir ki, əslində həmin çirkab sular təmizlənməlidir. Amma çirkli halda göllərə istiqamətlənir:
"Bunun üçün gərək yaşayış massivlərinin kanalizasiya şəbəkəsi qurula. Bu sular yığılaraq ortaq ötürücü kanalizaiya şəbəkəsinə istiqamətlənməli, oradan da təmizləyici qurğuya tökülməlidir. Bunun üçün qapalı, helmetik bir sistem yaradılmalıdır. Ətraf mühitlə əlaqəsi olmayan boru kəmərləri vasitəsilə məişət tullantı suları idarəolunmalıdır. Əfsuslar olsun ki, Bakının ətraf 70 faiz hissəsində kanalizasiya şəbəkəsi yaradılmayıb. Bu şəbəkə yaradılmalıdır ki, həmin formalaşan çirkab sular göllərə axıdılmasın".
Tullantı suları harada formalaşırsa oradan məhəllə kanalizasiyası vasitəsilə magistral kanalizasiya şəbəkəsinə, daha sonra isə təmizləyici qurğuya yönəldilməlidir.
M.Qənbərov bildirib ki, göllərin məişət tullantıları ilə çirklənməsi bir sıra ekoloji problemlər yaradır:
"Bu cür vəziyyət bakterioloji çirklənməyə də səbəb olur. Müxtəlif xəstəliklər yayılır. Ətrafa pis qoxu yayılır. Bataqlıq şəraitinin yaranması ilə nəticələnir. Həmçinin istilik effekti yaradan parnik qazlarının yaranmasına gətirib çıxardır.
M.Qənbərov onu da qeyd edib ki, kanalizasiya sularının göllərə axıdılması su israfına da səbəb olur. Onun sözlərinə görə, kanalizasiya suları təmizlənəsə ondan daha səmərəli istifadə etmək olar.
Məişətdə istifadədən formalaşan kanalizasiya suları bağların sulanmasında daha effektlidir. Təmiz, içməli suyun bu baxımdan faydalı iş əmsalı aşağıdır.
Həmsöhbətimiz bildirib ki, Abşeron yarımadasında əsas 9 gölün vəziyyəti, çirklənmə səbəbləri barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, o cümlədən bu sahə üzrə elm adamları, QHT nümayəndələrini cəlb ediblər.
"Gündəmdə olan məsələ göllərin qurudulması yox, sağlamlaşdırılmasıdır. İlk növbədə, göllərə axıdılan çirkab suların qarşısı alınmalıdır. Bu zaman gölün təbii su mənbəyini müəyyənləşdirmək mümkündür. Artıq "Böyükşor" və "Zığ" gölləri istiqamətində müəyyən tədbirlər həyata keçirilməkdədir", - deyə o qeyd edib.
"Azərsu" ASC -nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələki "Masazır" gölü ilə bağlı müvafiq tədbir görülüb. Digər göllərlə bağlı isə hələki belə bir infrastruktur yaradılmayıb.
A.Cəbrayıllı onu da vurğulayıb ki, Kürdıxanı istiqamətində kollektor çəkilib. Kürdəxanı istiqamətində şəbəkə yaradıldıqdan sonra həmin çirkab suların Kürdəxanıda gölə axıdılmasının qarşısı alınaraq su təmizləyici qurğuya yönəldiləcək.
Xəbər lenti
0