Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Böyük Britaniya arasında saziş imzalanıb

© Photo : Twitter / Rashad NabiyevAzərbaycan və Böyük Britaniya arasında saziş imzalanıb
Azərbaycan və Böyük Britaniya arasında saziş imzalanıb - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Sənəd iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
BAKI, 23 fevral — Sputnik. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
R.Nəbiyev qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0