Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib

© AFP 2023 / OLIVER BUNICİlham Əliyev, arxiv şəkli
İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Dövlət başçısı Yaponiyanın milli bayramı – Təvəllüd Günü münasibətilə Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.
BAKI, 23 fevral — Sputnik. Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0