https://sputnik.az/20230223/abs-i-simal-axinlarindaki-partlayislar-barede-melumatlari-aciqlamaga-cagiririq---cin-xn-452076333.html
ABŞ-ı "Şimal axınlar"ındakı partlayışlar barədə məlumatları açıqlamağa çağırırıq - Çin XİN
ABŞ-ı "Şimal axınlar"ındakı partlayışlar barədə məlumatları açıqlamağa çağırırıq - Çin XİN
Sputnik Azərbaycan
Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Vaşinqton məlumatları gizlədir. 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T17:19+0400
2023-02-23T17:19+0400
2023-02-23T17:22+0400
çin
dünya xəbərləri
"şimal axını-2"
abş
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 23 fevral — Sputnik. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Pekindən Moskvaya silah tədarükü ilə bağlı ABŞ-ın "kəşfiyyat" məlumatlarını fərziyyə və böhtan adlandıraraq qeyd edib ki, əgər Vaşinqtonun bölüşəcəyi bir şeyi varsa, bu da "Şimal axını" və "Şimal axını-2" kəmərlərindəki partlayışlar haqqında doğru məlumatlar olmalıdır. Bu barədə Rusiya mediası xəbər verib. Çinli diplomat həmçinin qeyd edib ki, Pekin Ukrayna münaqişəsi başlayandan bəri tərəfləri dialoqu bərpa etməyə inandıraraq konstruktiv rol oynayıb. 2023-cü il fevralın 8-də jurnalist Seymur Herş bildirib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib. Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, "şimal axını-2", abş
çin, "şimal axını-2", abş
ABŞ-ı "Şimal axınlar"ındakı partlayışlar barədə məlumatları açıqlamağa çağırırıq - Çin XİN
17:19 23.02.2023 (Yenilənib: 17:22 23.02.2023) Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Vaşinqton məlumatları gizlədir.
BAKI, 23 fevral — Sputnik. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Pekindən Moskvaya silah tədarükü ilə bağlı ABŞ-ın "kəşfiyyat" məlumatlarını fərziyyə və böhtan adlandıraraq qeyd edib ki, əgər Vaşinqtonun bölüşəcəyi bir şeyi varsa, bu da "Şimal axını" və "Şimal axını-2" kəmərlərindəki partlayışlar haqqında doğru məlumatlar olmalıdır. Bu barədə Rusiya mediası xəbər verib.
"Biz ümid edirik ki, ABŞ məlumatları gizlətmək əvəzinə qaz kəmərlərində baş verən partlayışlarla bağlı kəşfiyyat məlumatlarını təqdim edə biləcək", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Çinli diplomat həmçinin qeyd edib ki, Pekin Ukrayna münaqişəsi başlayandan bəri tərəfləri dialoqu bərpa etməyə inandıraraq konstruktiv rol oynayıb.
2023-cü il fevralın 8-də jurnalist Seymur Herş bildirib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.