https://sputnik.az/20230222/seysmoloji-merkez-misli-ve-lerikdeki-zelzelelere-gore-narahat-olmayin-452032818.html
Seysmoloji Mərkəz: İmişli və Lerikdəki zəlzələlərə görə narahat olmayın
Seysmoloji Mərkəz: İmişli və Lerikdəki zəlzələlərə görə narahat olmayın
Sputnik Azərbaycan
Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri baş vermiş zəlzələlərin Türkiyədəki zəlzələlərlə heç bir əlaqəsinin olmadığını da vurğulayıb. 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T14:03+0400
2023-02-22T14:03+0400
2023-02-22T14:04+0400
zəlzələ
cəmiyyət
imişli
lerik
lerik rayonu
https://cdnn1.img.sputnik.az/img/42264/52/422645298_0:261:2500:1667_1920x0_80_0_0_1ccb5846522e536a69931fa719c0a19c.jpg
BAKI, 22 fevral — Sputnik. "Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır". Bunu APA-ya AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, Azərbaycan özü seysmik baxımdan aktiv bölgədə yerləşir və vaxtaşırı bizim ərazimizdə də hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir: "Kiçik maqnitudalı zəlzələlərin baş verməsi bir növ daha böyük maqnitudalı zəlzələlərin baş verməsinin qarşısını alır. Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. Yəni insanların bu zəlzələlərdən narahat olmasına gərək yoxdur. Hər iki zəlzələ hiss olunmayıb. Sadəcə beynəlxalq qaydalara görə, maqnitudası 3 və 3 dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir". Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri baş vermiş zəlzələlərin Türkiyədəki zəlzələlərlə heç bir əlaqəsinin olmadığını da vurğulayıb. Qeyd edək ki, bu gün İmişli və Lerikdə zəlzələ baş verib və zəlzələlər hiss olunmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42264/52/422645298_277:0:2500:1667_1920x0_80_0_0_7375f000ec93b164ea97788f8ef61eb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, imişli, lerik, lerik rayonu
zəlzələ, imişli, lerik, lerik rayonu
Seysmoloji Mərkəz: İmişli və Lerikdəki zəlzələlərə görə narahat olmayın
14:03 22.02.2023 (Yenilənib: 14:04 22.02.2023) Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri baş vermiş zəlzələlərin Türkiyədəki zəlzələlərlə heç bir əlaqəsinin olmadığını da vurğulayıb.
BAKI, 22 fevral — Sputnik. "Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır".
Bunu APA-ya AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, Azərbaycan özü seysmik baxımdan aktiv bölgədə yerləşir və vaxtaşırı bizim ərazimizdə də hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir: "Kiçik maqnitudalı zəlzələlərin baş verməsi bir növ daha böyük maqnitudalı zəlzələlərin baş verməsinin qarşısını alır. Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. Yəni insanların bu zəlzələlərdən narahat olmasına gərək yoxdur. Hər iki zəlzələ hiss olunmayıb. Sadəcə beynəlxalq qaydalara görə, maqnitudası 3 və 3 dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir".
Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri baş vermiş zəlzələlərin Türkiyədəki zəlzələlərlə heç bir əlaqəsinin olmadığını da vurğulayıb.
Qeyd edək ki, bu gün İmişli və Lerikdə zəlzələ baş verib və zəlzələlər hiss olunmayıb.