Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Putin informasiya bombasını partladıb

© Sputnik / Михаил МетцельRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Putini Ukraynaya silah tədarükünün münaqişəni alovlandırdığı, onu yerli səviyyədən qlobal səviyyəyə köçürdüyü barədə ittiham etmək üçün heç bir bəhanə tapmayan Qərb "sülhməramlıları", sadəcə olaraq, susdular.
Qərb düşmənlərimizin Rusiya prezidentinin mesajına iki reaksiyası var - onların özlərini sürükləyib düşdükləri tələyə qarşı açıq qorxu və "Bizim təqsirimiz yoxdur, hamısı Putinin işləridir!" qışqırığı ilə kütləvi şəkildə şüursuzluğa çəkilmək. Yəni, guya ki, biz Ukraynada hər zaman sülh üçün vuruşmuşuq, Rusiya isə qəfildən ora hücum edib.
Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan "Ukraynanın Rusiyanı təhdid etdiyini söyləməyi bir qədər absurd" hesab edib. Yəni, NATO-nun hərbi texnikası, NATO təlimatçıları, Donbassda dinc əhalinin mütəmadi olaraq qətlə yetirilməsi, 2014-cü il mayın 2-də Odessada əsas şüarı "Moskalyakanı gilyakaya" olan diqqətlə becərilmiş Ukrayna neonasizmi, yenidən nüvə silahı əldə etmək təhdidləri – bu, bütün dünyada sülh naminə belə idi.
Elə həmin "Bizim təqsirimiz yoxdur, hamısı Putinin işləridir!" mövzusu İngiltərənin "Guardian" və Amerikanın "The New York Times" qəzetləri, kütləvi və sırf intellektual nəşrlər tərəfindən intensiv şəkildə səsləndirilib. NATO-nun şərqə doğru genişlənməsi, deyirlər ki, Rusiyanı heç nə ilə təhdid etmirdi. Ölkəmizi parçalamaq, müstəmləkəsizləşdirmək və sadəcə olaraq məhv etmək üçün davamlı çağırışlar - biz buna məhəl qoymamağa dəvət edilirik. Ölkəmizi qorumaq üçün bizim suveren istəyimizin Qərbi necə bezdirdiyini sətirlər arasında oxumaq olar. Bu istəyimiz əvvəlcədən yazılmış bütün ssenariləri qıraraq onları, necə lazımdır, vurdu.
Putini Ukraynaya silah tədarükünün münaqişəni alovlandırdığı, onu yerli səviyyədən qlobal səviyyəyə köçürdüyü barədə ittiham etmək üçün heç bir bəhanə tapılmadı. Qərb "sülhməramlıları", sadəcə olaraq, susdular.
Xaotik, inandırıcı olmayan bəhanələrdən sonra növbə klassikaya çatdı: "Bəs bizim günahımız nə idi??!" Prezident Putinin Strateji Silahlar Müqaviləsini dayandırmaq qərarı Qərb isteblişmentinin psixikasına ağır zərbə vurdu. Onlar Rusiya liderinin mesajını yaxşı başa düşdülər. Onlar üçün bu qərar onun çıxışının əsas məzmununa çevrildi.
Entoni Blinken Putinin qərarını "bədbəxt və məsuliyyətsiz" adlandıraraq, ABŞ-ın "Rusiyanın bununla bağlı gördüyü işləri yaxından izləyəcəyini" vəd edib. Doğrudur, dövlət katibi əlavə etməyi unudub ki, onların bunun üçün heç bir texniki imkanları olmayacaq. Birləşmiş Ştatlar öz etibarlı şəxsləri olan ukraynalılarla Rusiyaya qarşı açıq mübarizə apararaq hətta onları nüvə silahı ilə təmin etməyin məqsədəuyğun olacağına eyham vursalar da, amerikalı müfəttişlər müdafiə sənayemizdə baş verənləri "yaxından izləyə" bilməyəcəklər. Bunun üçün, onları, sadəcə olaraq, ora heç yaxın buraxmayacaqlar.
Putinin amerikalılar bunu etsələr, nüvə sınaqlarını bərpa edəcəyi vədi tez bir zamanda tərsinə yozuldu və "The Guardian" tərəfindən "Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək təhlükəsi"nə çevrildi.
Əgər kollektiv Qərbin nümayəndələri Rusiyanın məntiqini başa düşmədiklərini iddialı şəkildə ortaya qoyurlarsa, qlobal Cənub və Şərq ölkələri Putinin çıxışında hər şeyi başa düşdülər. Çin mediası qeyd edib ki, Vaşinqtonun dünya hegemonluğu iddiaları dözülməzdir və çox vaxt öz rəhbərliyini həddən artıq ehtiyatlı davranmaqda günahlandıran çinli oxucular rusların qəhrəmanlığına açıq-aşkar heyran qalır, Qərbə qarşı müqavimətimizi Böyük Vətən Müharibəsi ilə müqayisə edirlər.
Müstəmləkə keçmişi olan istənilən ölkə Rusiya prezidentinin dediklərini mükəmməl başa düşür. Dünyada müharibələri qızışdırmaq, başqalarının qanı üzərində spekulyasiya etmək, daimi yalanlar və amansız istismar - Qərb qul tacirləri var-dövlətlərini beləcə qazanıb, "qızıl milyardlarını" bu yolla qurublar. Amma milyard hazırda göz qabağında əriyir. Və onun xilası üçün deyil, heç olmasa, yıxılmasını ləngitmək üçün yeganə fürsət Rusiyanın "strateji məğlubiyyəti"dir.
Rusiya davam gətirməsə, talan üçün növbəti sırada Vaşinqtonun öz mövqeyini yaxşılaşdırmaq istədiyi hər hansı ölkə dayanacaq. Təbii ki, Çin bu sırada birincidir və çinli yoldaşlar şərhlərdə haqlı olaraq qeyd edirlər ki, bu gün "Rusiya Qərb hegemonluğu ilə mübarizədə əsas rol oynayır".
Halbuki Çindən başqa, demək olar ki, dünyanın istənilən ölkəsi talan edilə bilər. Bütün bu ölkələrin - böyük və kiçik, kasıb və varlıların maraqlarını bu gün Rusiya təmsil edir. Bir balaca zəiflik nümayiş etdirsək, Qərb kapitalının nəzarətsiz hegemonluğu onlarla xalqın suverenliyini, iqtisadiyyatını və milli qürurunu əzəcək.
İnsanda belə bir təəssürat yaranır ki, bir çox ölkələrdə sadə insanlar hazırkı - son dərəcə təhlükəli və eyni zamanda saysız-hesabsız imkanlarla dolu olan vəziyyəti bəslənmiş ekspertlər, jurnalistlər, təbliğatçılarla birgə rəhbərlik edənlərdən daha incə və daha yaxşı başa düşürlər. İnternet adi insanların Putinin çıxışı ilə bağlı şərhləri ilə doludur. Və bu şərhlərdə həm anlayış, həm hörmət, həm də Rusiyanın günümüzün tarixi qarşıdurmasında oynadığı böyük rolun dərk edilməsi var.
Ən nəhayət, Rusiya prezidenti çox sadə şeylərdən danışıb. Əsl suverenlik, öz ölkəsini müdafiə etmək üçün cəsarətli əzm haqqında, Amerika hegemonluğunun xarabalıqları üzərində hamımızın birlikdə qura biləcəyimiz yeni, daha ədalətli dünya haqqında. Putin bunu deməklə elitaya siqnal verməkdən daha çox bütün dünyadakı milyardlarla insana müraciət etdi. Və, dünya Rusiya prezidentini eşitdi.
Xəbər lenti
0