https://sputnik.az/20230222/neftin-ucuzlasmasi-davam-edir---sebeb-452024488.html
Neftin ucuzlaşması davam edir - SƏBƏB
Neftin ucuzlaşması davam edir - SƏBƏB
Sputnik Azərbaycan
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft ucuzlaşıb. 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T10:43+0400
2023-02-22T10:43+0400
2023-02-22T11:05+0400
birja
neft-qaz
neft
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 22 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 82,86 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 76,14 dollar təşkil edib. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 dollar və ya 1% azalaraq 84,34 dollar olub. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft ucuzlaşıb. Bazar iştirakçıları fevral iclasının protokollarında FED-in gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər. Bu gün fevral iclasının protokolları açıqlanacaq. Qeyd edək ki, fevral ayında FED uçot dərəcəsini 0,25 faiz artıraraq faiz dərəcəsi 4,50 faizdən 4,75 faizə çatdırılıb. Qeyd edilib ki faiz dərəcəsinni artırılmasının səbəbi inflyasiyanı 2 faizə endirməkdir. Eyni zamanda, FED sədri Jerome Povel ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirib. 2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
birja, neft, neft qiymətləri
birja, neft, neft qiymətləri
Neftin ucuzlaşması davam edir - SƏBƏB
10:43 22.02.2023 (Yenilənib: 11:05 22.02.2023) ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft ucuzlaşıb.
BAKI, 22 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 82,86 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 76,14 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 dollar və ya 1% azalaraq 84,34 dollar olub.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft ucuzlaşıb. Bazar iştirakçıları fevral iclasının protokollarında FED-in gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər. Bu gün fevral iclasının protokolları açıqlanacaq.
Qeyd edək ki, fevral ayında FED uçot dərəcəsini 0,25 faiz artıraraq faiz dərəcəsi 4,50 faizdən 4,75 faizə çatdırılıb. Qeyd edilib ki faiz dərəcəsinni artırılmasının səbəbi inflyasiyanı 2 faizə endirməkdir. Eyni zamanda, FED sədri Jerome Povel ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirib.
2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.